Çində nəşr olunanLookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub

 

Çində ingilisÇin dillərində nəşr edilən "Lookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub.

AZƏRTAC xəbər verir ki, nəşrdə Azərbaycan haqqında ümumi məlumatlar, son dövrlərdə baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərinə dair ətraflı məlumat əksini tapıb.

Ölkəmizin Pekindəki səfirliyinin təqdim etdiyi materiallar əsasında nəşr edilən jurnalda Azərbaycan iqtisadiyyatının əsas sahələri, ölkənin tranzit imkanları, biznesinvestisiya mühiti, ixrac imkanları, Bakının və regionların turizm potensialına dair məqalələr, həmçinin Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən mədəniyyət nümunələri olan muğam musiqisi, aşıq sənəti, tar ifaçılığı, "Yallı” rəqsi, xalçaçılıq sənəti, dolma hazırlama ənənəsi barədə, Qarabağın tarixi və mədəniyyəti haqqında məlumatlar verilib.

Fotoşəkillərlə zəngin jurnalın nüsxələri dövlət qurumlarına, ali təhsil ocaqlarına, tədqiqat mərkəzlərinə, iri şirkətlərə göndərilib.

 

Azərbaycan.- 2019.- 19 aprel.- S.6.