Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmişİnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 360 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 200, ¹ 6, maddə 1105, ¹ 9, maddə 1638, ¹ 11, maddə 1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr 415, 419, 429, ¹ 5, maddələr 915, 927, ¹ 7 (I kitab), maddə 1481, ¹ 8, maddə 1698, ¹ 11, maddələr 2242, ¹ 12 (I kitab), maddə 2566; 2019, ¹ 1, maddə 82; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 fevral tarixli 514 nömrəli 12 mart tarixli 586 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissə üzrə:

1.1. 3.1-ci bənddə "Qeydiyyat notariat şöbəsinin rəisisözləri "qeydiyyat notariat üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbərisözləri ilə əvəz edilsin;

1.2. 3.2-ci bənddə "Qeydiyyat notariat şöbəsinin rəisi, rayon (şəhər) qeydiyyat şöbələrinin rəislərisözləri "qeydiyyat notariat üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri, rayon (şəhər) üzrə qeydiyyat məsələləri ilə bağlı yerli qurumlarının rəhbərlərisözləri ilə əvəz edilsin;

1.3. 3.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:

"3.3. Məcəllənin 598-ci maddəsində (notariuslara münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - ədliyyə naziri, onun müavinləri, nazirliyin Aparatının Qeydiyyat notariat baş idarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının qeydiyyat notariat üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri.”.

2. 6.0-cı bənddə " 545-ci” sözləri ", 545 598-ci (hüquq xidmətləri, mühasibat vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə)” sözləri ilə əvəz edilsin.

3. 14.1-ci bəndə "müəssisələrəsözündən sonra ", lotereya idman mərc oyunları təşkilatçılarınasözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2019-cu il

 

Azərbaycan.- 2019.- 20 aprel.- S. 3.