“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əmək pensiyaları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

"Əmək pensiyaları haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 228; 2009, ¹ 11, maddə 883; 2013, ¹ 6, maddə 631; 2016, ¹ 9, maddə 1467; 2017, ¹ 5, maddə 756; 2018, ¹ 2, maddə 185, ¹ 12 (I kitab), maddə 2580; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 fevral tarixli 532 nömrəli Fərmanı) 2.3-cü bəndindən "28-ci,” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2019-cu il

 

Azərbaycan.- 2019.- 23 aprel.- S. 2.