Küçələrin fəthi başladı

 

Pilotlar yarışa, bolidlər isə trekə hazırdır

 

Bu gün Bakı sayca 4-cü dəfə möhtəşəm tədbirə - "Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edir. Sürətsevərlər planetin ən güclü 10 komandası və 21 pilotun əzmkar mübarizəsinin şahidi olacaqlar. Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər "Formula-1” treklərindən seçilir.

Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin qeydə alınacağı gözlənilir. Pilotların yarışacağı avtomobillər - bolidlər də starta tam hazır vəziyyətdədir. Pilotların trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri şübhəsizdir.

 

Bu gün trasla tanışlıq olacaq

 

Digər qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da reqlamentə əsasən bu gün hər biri 1,5 saat davam edəcək iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər. Şənbə günü səhər sürücülər bir saatlıq məşq keçəcəklər. Adətən, nahardan sonra sıralanma turuya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə sürücülərin bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.

 

Azərbaycan Qran-prisinin əsas yarış günü

 

Aprelin 28-də isə Azərbaycan Qran-prisinin yarış günüdür. Sürücülər bir gün əvvəlki sıralanma turunun nəticələrinə görə startda yerlərinə keçirlər. Əvvəlcə sürücülər trasda bir dövrə vuraraq təkərləri əyləcləri qızdırır, dövrənin tamamında isə yenidən start yerlərini tuturlar.

Yarışın direktoru Çarli Uaytinqin xüsusi işarəsindən, yəni 5 qırmızı işığın sönməsindən sonra yarış başlayır. Dövrənin uzunluğundan asılı olaraq sürücülər müxtəlif traslarda müxtəlif sayda dövrələr vururlar.

 

Yeniliklərlə yaddaqalan mərhələ

 

"Formula-1” yarışlarının Azərbaycanın paytaxtında keçirilməsi ilə bağlı FOM (Formula One Management) ilə danışıqlar 2013-cü ildə başlanıb 2014-cü ilin martında ilkin müqavilə imzalanıb. Azərbaycanda Qran-prinin təşkili ilə dövlət səviyyəsində məşğul olublar. Bu da layihənin statusunu onun ölkə üçün əhəmiyyətini göstərir.

İlk dəfə 2016-cı ildə paytaxtımızda keçirilən "Formula-1” Avropa Qran-prisinin Bakı mərhələsi yeniliklə yadda qalmışdı. Bu, sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırıldı.

10 pilot 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdi. Yeni qaydaya görə isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub.

"Formula-1” mütəxəssislərinin rəylərinə görə, bu yenilik yarışın həyəcanını bir qədər artırıb.

"Formula-1”in dünyada kifayət qədər azarkeşləri olduğunu nəzərə alsaq, Bakı Şəhər Halqasında tamaşaçıların yarışı canlı təhlükəsiz izləmələrinə hər cür imkan yaradılıb. Bunun üçün Bakı Şəhər Halqasının müxtəlif yerlərində tamaşaçı tribunaları quraşdırılıb. Bu tribunalar elə yüksək səviyyədə hazırlanıb ki, daim istifadədə olsa belə, dağılıb sıradan çıxmır. Bu mötəbər yarışın yüksək səviyyədə KİV- işıqlandırılmasına təcrübəli müxbir fotomüxbirlər cəlb edilib. Beləliklə, dünyanın ən böyük informasiya alyansları, eləcə ölkəmizin xəbər agentlikləri Bakıda keçiriləcək "Formula-1” yarışı barədə xəbərləri dünyaya yayacaqlar.

 

Şəhər traslarının ən sürətlisi

 

Bakı trası şəhər traslarından ən sürətlisidir. O, uzunluğuna görə yalnız Spadan, döngələrinin sayına görə isə Sinqapurdan Abu-Dabidən geri qalır. O da saat əqrəbinin əks istiqamətində burulur. German Tilkenin arxitektura bürosu tərəfindən işlənib hazırlanmış küçə trası layihəsi isə 2014-cü ilin oktyabrında rəsmən təqdim edilib. Layihəyə görə, tras Dənizkənarı bulvar Hökumət Evi, qismən İçərişəhər boyunca tarixi mərkəzdən keçir.

Düz yolun sonunda maksimum sürət saatda təqribən 370 kilometrdir. Konfiqurasiyaya 12-si sol 8-i sağ olmaqla 20 döngə, o cümlədən səkkiz 90 dərəcəlik döngə daxildir. Trasın eni İçərişəhərdə yeddinci səkkizinci döngələr rayonunda 13 metrdən 7,6 metrə qədərdir. Maşınları kiçik sıxma gücü səviyyəsinə görə sazlayırlar ki, bu da yalnız Monsadakından azdır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 26 aprel.- S.1; 6.