Yaponiya KİV-ləri Formula 1 Azərbaycan Qran-Prisinə geniş yer ayırıb

 

Yaponiyanın nüfuzlu idman portalları Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırır. Bir sıra telekanallar, o cümlədən "Fuji-TV.Nextteleviziyası yarışları yaponiyalı tamaşaçılara birbaşa yayımla təqdim edir.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın nüfuzlu https://formula1-data.com/, https://www.as-web.jp, https://www.sports-his.com, www.topnews.jp, https://www.sportingnews.com/ internet saytlarında dərc edilmiş məqalələrdə Azərbaycanın bu idman tədbiri vasitəsilə Bakının gözəlliyini, tarixi məkanlarını dinamik inkişafını bütün dünyaya nümayiş etdirdiyi xüsusi vurğulanıb.

İnternet nəşrlərində yapon dilində yer alan məqalələrdə bildirilir ki, Azərbaycan dünyada məşhurluğu ilə seçilən Formula 1 yarışını dördüncü dəfədir qəbul edir. Eyni zamanda, dünya şöhrətli pilotların iştirak etdikləri Azərbaycan Qran-Prisi Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsidir.

"Fuji-TV.Nexttelekanalının şərhçiləri birbaşa reportaj zamanı Formula 1 yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, şəhərin tarixi məkanlarını əhatə edən bənzərsiz trekdə yarışırlar.

Məqalə reportajlarda idmançılar azarkeşlər üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunub. KİV-lərdə Formula 1 Azərbaycan Qran-Prisinin gedişi və turnirdə iştirak edən adlı-sanlı pilotlar, yarışlar zamanı istifadə edilən texniki vasitələr barədə məlumatlar da əksini tapıb.

 

Azərbaycan.- 2019.- 28 aprel.- S.7.