UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

2019-cu il 30 iyun - 10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif edilsinlər:

 

1-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə

 

Qarayev Əbülfəs Mürsəl oğlu

 

2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə

 

Məmmədəliyeva Sevda Yusuf qızı

 

3-cü dərəcəli "Vətənə xidmətə görə ordeni ilə

 

Kərimov Anar Qabil oğlu

 

"Tərəqqi medalı ilə

 

Abbəkirov Ramil Ələkbər oğlu

Axundov Tamerlan Məmmədbağır oğlu

Əliyev Rəşad Rahib oğlu

Həsənov Seymur Qadir oğlu

İbrahimova Xumar Asif qızı

Qəmbərova Təranə Əlikram qızı

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2019-cu il

 

Azərbaycan.- 2019.-2 avqust.- S.2.