Mətbəx elin, evin göstəricisidir

 

Qubalılar onu qonaqlara layiqincə nümayiş etdirdilər

 

Hər bayramı bir-birindən maraqlı töhfələrlə qarşılamaq Qubada artıq ənənə şəklini alıb. Elimizin ən gözəl adətləri burada qorunub saxlanılır. Qədimliklə müasirliyin vəhdətinə gəlincə, burada bunu bütün sahələrdə açıq-aydın görmək olar.

Multikulturalizmin nümunəsi kimi tanınan Quba yenə möhtəşəm bir festivala evsahibliyi etdi. Müxtəlif xalqların nümayəndələri burada toplaşaraq zəngin təkrarolunmaz, hər bir regionun özünə xas olan təamları ilə bir araya gəldilər. Deyirlər, süfrəsi açıq olanın ruzisi bol olar. Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi Xaçmaz Rayon Regional Mədəniyyət İdarəsi Quba destinasiya menecment təşkilatının birgə təşkilatçılığı ilə rayonun Nizami Gəncəvi adına parkında regional mətbəx festivalı keçirilib.

Festivalda Quba, Qusar, Xaçmaz, Şabran Siyəzən rayonlarında yaşayan azsaylı xalqların etnik qrupların hazırladıqları yemək şirniyyatlar, eləcə turizm sahəsi peşəkarlarının onlarla qida məmulatı nümayiş olunub. Tədbirdə xüsusi maraq doğuran əsas məqam isə mətbəx nümunələrinin, yemək çeşidlərinin hər bir xalqın regionun milli, etnik, adət ənənələrinə uyğun olaraq iştirakçılara təqdim edilməsi onların folklor nümunələri ilə qarşılanmaları olub. Burada nəinki yemək, şirniyyat, içki növləri, onların göz önündə hazırlanması, etnosların öz dilində şeir, mahnı oxumaları, rəqs etmələri, Azərbaycan filmlərindən mətbəxlə bağlı səhnəciklərin göstərilməsi festivala bir qaynarlıq gətirib.

Festivalın keçirilməsində bu parkın seçilməsi xüsusi əhəmiyyət daşıyırdı. Bir növ rayonun mərkəzi sayılan park yaşıllıqlara bürünüb. Yay günəşinin həsrət çəkdiyi məkanda hava o qədər isti olmur. Bir tərəfdən Qudyalçayın sərin mehi insanın ruhunu oxşayır. Park başdan-başa mətbəx ənənələrinə uyğun bəzədilmişdi. Məxsusi olaraq festival üçün tərtib edilmiş xəritəyə əsasən fermerlərin məhsulları, etnik yeməklər, tez asan başa gələn yerli qəlyanaltılardan ibarət "Fastoodlar üçün guşələr ayrılmış, uşaqların maraq dünyası nəzərə alınaraq kloun nağıl qəhrəmanlarının olduqları zona təşkil edilmişdi.

Tədbirə Azərbaycan mətbəxini özündə ehtiva edən sərgilərə baxış keçirməklə start verildi. Xüsusilə region istehsalçılarının turizm sahələrində fəaliyyət göstərən kiçik orta sahibkarların məhsul xidmətləri, onların dizaynla açılmış süfrələri mətbəx dünyasını sanki təzələyirdi. Parkın göz oxşayan guşələrinin birində təşkil olunmuş mini zoopark hamının marağına səbəb oldu. İştirakçılar, yerli əcnəbi turistlər Quba rayonunun turizm potensialını əks etdirən fotostendlərlə tanış oldular. Onlara bu mövzuda bukletlər paylandı.

"Şahdağ istirahət mərkəzinin əməkdaşları da mərasimə əliboş gəlməmişdilər. Onlar dağ turizminin əyləncə vasitələri - sinvey, drodinet, qvadreskil başqa texnikaları nümayiş etdirir, onlardan istifadə qaydalarını əyani olaraq göstərirdilər.

Quba Heydər Əliyev Mərkəzi şorqoğalı, şəkərbura, paxlava, artıq hazırlanma qaydası unudulmuş qədim naxış butalarla bəzədilmiş şirniyyatları iştirakçılara təqdim etdi. Rayonun tarix-diyarşünaslıq muzeyinin "Bəy mərasimi maraqla qarşılandı.

Birinci Nügədi kəndində yerləşən "Macəra istirahət mərkəzinin sərgilədiyi keçi ətindən hazırlanmış təamlar, habelə ətdən düzəldilmiş kompozisiya böyük tamaşaçı kütləsini özünə cəlb etdi. Susayın "Canlı bulaq suyu adlı sərgisində cirə-duzu xərək çörəyi ilə süfrəyə verdiyi "tat çığırtması, xınalıqlıların qədim tərəkəmə yeməkləri - çoban süfrəsi pendiri, bozartması, lokumu sərgiyə baxış keçirənlərin damaq dadına səbəb oldu.

Yəhudilərin bayram süfrəsi maraqla qarşılandı. Belə ki, süfrəyə fətir - massa, onunla yeyilməsi nəzərdə tutulan qoz, fındıq, xurma ilə bişirilən haroset, cırhacır almadan hazırlanmış halva, balıq qızartması yəhudilərin ənənəvi bayram içkisi - kidus (üzüm suyu) düzülmüşdü.

Festivalın bədii hissəsi gecə saatlarına qədər yerli folklor kollektivlərinin, tanınmış müğənnilərin qəlb oxşayan musiqiləri, həmçinin "Saloxo rəqs "Palant ritm qruplarının nağara şousu ilə davam etdirilib.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.-3 avqust.- S.4.