“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, "Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alır:

"Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 485; 2001, ¹ 12, maddə 736; 2010, ¹ 10, maddə 839; 2016, ¹ 3, maddə 408; 2019, ¹ 1, maddə 32) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

"4. "Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə fərqli qayda müəyyən edilmiş hallar istisna olmaqla, bu Qanunun müddəaları kredit kooperativlərinə şamil olunur.”.

2. 2.1-ci maddəyə "bu Qanundan” sözlərindən əvvəl "Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunundansözləri əlavə edilsin.

3. 3-cü maddəyə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

"2. Kredit ittifaqının hüquqi fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.”.

4. Aşağıdakı məzmunda 18-1-ci maddə əlavə edilsin:

"Maddə 18-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasının terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması

Kredit ittifaqlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılması ya terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı fəaliyyəti "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.”.

5. 20-ci maddənin 2-ci hissəsinə "mislindən” sözündən sonra "(kredit kooperativinin üzvü istisna olmaqlasözləri əlavə edilsin.

6. Mətn üzrə ismin müvafiq hallarında "xüsusi razılıq” sözləri ismin müvafiq hallarında "lisenziya” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il

 

Azərbaycan.- 2019.-7 avqust.- S.1.