Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Milli Məclisinin Daxili Xidmət Nizamnaməsində, Büdcə sistemi haqqında, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında, Banklar haqqında, Mühasibat uçotu haqqında və Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1622-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Xidmət Nizamnaməsində, "Büdcə sistemi haqqında, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında, "Banklar haqqında, "Mühasibat uçotu haqqında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1622-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Xidmət Nizamnaməsində, "Büdcə sistemi haqqında, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında, "Banklar haqqında, "Mühasibat uçotu haqqında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Xidmət Nizamnaməsində, "Büdcə sistemi haqqında, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında, "Banklar haqqında, "Mühasibat uçotu haqqında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının 2-ci hissəsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 5, maddə 402; 2010, 2, maddə 80; 2017, 7, maddələr 1334, 1337) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.5-ci bənddə " 42.4-cü sözləri ", 42.4-cü 58.6-cı sözləri ilə əvəz edilsin;

3.2. 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

"2.6. həmin Qanunun 58.6-cı maddəsində "orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur..

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 avqust 2019-cu il

 

Azərbaycan.- 2019.-11 avqust.- S.2.