Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç,

Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətimə verdiyiniz yüksək qiymətə Rusiya Federasiyasının ali fəxri mükafatına – "Dostluqordeninə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.

Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz səmərəli tərəfdaşlığımız ölkələrimizin xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə sabitliyə xidmət edir.

Hörmətli Vladimir Vladimiroviç, fəxri mükafata görə Sizə bir daha səmimi qəlbdən təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik uğurlar, Rusiya xalqına firavanlıq, sülh tərəqqi arzulayıram.

Dərin hörmətlə,

 

Mehriban Əliyeva

Azərbaycan Respublikasının

Birinci vitse-prezidenti

 

Azərbaycan.- 2019.- 16 avqust.- S.1.