DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

 

Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümünü dövlətçiliyə xidmətdən irəli gələn qürur və fəxarət hissləri, xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayır. Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Pråzidånt, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyåvin ali diqqəti, qayğısı və etimadı dayanır.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü münasibətilə avqustun 16-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi håyəti Fəxri xiyabanda ulu öndər Håydər Əliyåvin xatirəsini åhtiramla anıb, məzarı önünə gül dəstələri qîyub.

Sərhədçilər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycanın ilk sərhədçi Milli Qəhrəmanı Eldar Məmmədovun da məzarı ziyarət edilib.

 

Azərbaycan.- 2019.-17 avqust.- S.2.