Mədəniyyət sərhəd tanımır

 

"MərhəmətKimsəsizlərə Yardım İctimai Birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Mədəniyyət məhdudiyyət tanımıradlı layihə həyata keçirir. Layihə çərçivəsində Şəkidə sağlamlıq məhdudiyyətli yeniyetmə gənclərin könüllülük mədəniyyətinin formalaşdırılması məqsədilə tarixi-mədəni abidələrə ekskursiya həyata keçirilir.

Sağlamlıq imkanları məhdud uşaq yeniyetmələrə Oğuz, Qax, Şəki, Balakən rayonlarının tarixi məkanları, tarixi abidələri barədə ətraflı məlumat verilir.

Layihə çərçivəsində 50 nəfər sağlamlıq imkanları məhdud uşaq yeniyetmənin bölgələrə səfərləri təşkil olunacaq. Nəticədə sağlamlıq imkanları məhdud uşaqlarda ünsiyyət, öz tarixinə, mədəniyyətinə hörmət hissi formalaşdırılacaq onların cəmiyyətə inteqrasiyasına əlavə zəmin yaradılacaq. Səfər çərçivəsində layihə iştirakçılarına sözügedən rayonlarda olan mədəni-tarixi abidələrlə yanaşı, rayonların milli adət-ənənəsi ilə bağlı təbliğat işi aparılacaq.

 

Azərbaycan.- 2019.- 18 avqust.- S.3.