“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statususosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1661-VQD nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Çernobıl qəzasının ləğvində iştirak etmiş həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu sosial müdafiəsi haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Gənclər siyasəti haqqında”, "Əmək pensiyaları haqqında”, "Təhsil haqqında”, "Daşınar əmlakın yüklülüyü haqqında”, "İşsizlikdən sığorta haqqında "Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1661-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Çernobıl qəzasının ləğvində iştirak etmiş həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu sosial müdafiəsi haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Gənclər siyasəti haqqında”, "Əmək pensiyaları haqqında”, "Təhsil haqqında”, "Daşınar əmlakın yüklülüyü haqqında”, "İşsizlikdən sığorta haqqında "Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Təhsil haqqındaAzərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 20.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.3. "İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikası Qanununun 19.0.2.6-cı maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.4. həmin Qanunun 19.0.2.6-cı maddəsində (birinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.5. həmin Qanunun 19.0.2.6-cı maddəsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.6. "Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.7. həmin Qanunun 20.3-cü maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Çernobıl qəzasının ləğvində iştirak etmiş həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu sosial müdafiəsi haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Gənclər siyasəti haqqında”, "Əmək pensiyaları haqqında”, "Təhsil haqqında”, "Daşınar əmlakın yüklülüyü haqqında”, "İşsizlikdən sığorta haqqında "Əlilliyi olan şəxslərin hüquqları haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 avqust 2019-cu il

 

Azərbaycan.- 2019.-22 avqust.- S.2.