Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə 2014-cü il 3 fevral tarixli 100 nömrəli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, 2, maddə 107, 9, maddə 1027, 10, maddə 1175; 2016, 9, maddə 1464, 8, maddə 1521) 6-cı hissəsində, 8.1-ci 8.2-ci bəndlərində "əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin sözləri "Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi altsisteminin sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, 2, maddə 90, 7, maddə 625, 11, maddə 996; 2012, 9, maddə 853, 11, maddə 1084; 2013, 2, maddə 124, 12, maddə 1525; 2014, 7, maddə 789, 9, maddə 1053; 2015, 1, maddə 17, 3, maddələr 263, 264, 6, maddə 705, 8, maddə 908, 10, maddə 1134; 2016, 3, maddə 437, 5, maddə 859, 6, maddələr 1051, 1072; 2017, 9, maddə 1633; 2018, 3, maddə 433, 6, maddə 1245; 2019, 1, maddə 73, 2, maddə 245, 5, maddə 845; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 744 nömrəli 19 iyul tarixli 785 nömrəli fərmanları) 7-ci hissəsində "289 rəqəmləri "309 rəqəmləri ilə "4536 rəqəmləri "4366 rəqəmləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 avqust 2019-cu il

 

Azərbaycan.- 2019.-27 avqust.- S.5.