4,2 milyon vətəndaş, 5,3 milyard manat vəsait

 

Əhalinin bütün qruplarının rifahının yüksəldilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas leytmotividir

 

Hər bir ölkənin ümumi inkişafı o ölkənin əhalisinin rifahı, vətəndaşının firavanlığı naminə aparılan siyasətdə öz təcəssümünü tapır. Azərbaycanda da dövlətin prioritet istiqamət olaraq qəbul etdiyi sosialyönümlü siyasət əhalinin maddi rifahının yaxşılaşdırılmasına sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

2019-cu il isə sosial sahədə inqilabi islahatlar ilinə çevrilib desək yanılmarıq. Belə ki, Prezident İlham Əliyevin bu il təqdim etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artırılaraq, 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. Bundan başqa, dövlət sektorunda işləyənlərin əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb. 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulmaqla bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb.

Bunu şərtləndirən amillərə nəzər yetirsək görərik ki, cənab İlham Əliyevin fevral ayında imzaladığı 8 sərəncam, 3 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, ali, orta ixtisas peşə təhsili müəssisələrinin tələbələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi.

İmzalanan fərmanlara əsasən aprel ayının 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırıldı. İlk olaraq dövlət başçısı fevralın 8-də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən "Minimum aylıq əməkhaqqının artırılması haqqındasərəncam imzaladı. Bu sənədə əsasən bu il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq 130 manatdan 180 manata yüksəldildi. Bu da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda özəl sektorda işləyən 600 min işçinin əməkhaqqının artması deməkdir. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərdi.

Bu da onu təsdiq edir ki, əhalinin bütün qruplarının rifahının yüksəldilməsi həyata keçirilən sosial siyasətin əsas leytmotividir.

Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldildi. Özəl sektorda əməkhaqqı artımı ən çox avtomobillərin təmir servis xidmətləri, xırda çörəkbişirmə sexləri, hüquqi şəxs statusunda olan ticarət, ictimai-iaşə sahələrində çalışan işçilərə aiddir. Orta hesabla ölkəmizdə muzdla çalışan ümumi işçilərin 40 faizinin, büdcədən maliyyələşən sahələrdə isə 55 faizinin əməkhaqları artırıldı.

Prezidentin birinci paketi 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılmasını təmin etdi mühüm sosial məsələlərin həllinə 1,6 milyard manat yönləndirildi.

Ümumiyyətlə, vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. 2003-cü ildən bugünədək orta aylıq əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət təqaüdlərin dəfələrlə artırılması, yoxsulluğun 5 faizə enməsi təsdiqləyir ki, cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Sosial-iqtisadi sahə ilə bağlı iyulun 31-də keçirilən müşavirədə bu məsələlərə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, dövlət əlavə gəlirlərin demək olar tam həcmini sosial sahəyə yönəldir. Çünki sosial sahə prioritet sahədir hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün belədir: "Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.

Bir tərəfdən düşünülmüş ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə cənab İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının xoş gələcəyinə hesablanmış siyasətin təzahürüdür. Hələ 2018-ci ilin sonlarında qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsinin prioritet təşkil edəcəyini bəyan edən ölkə rəhbəri hər zamankı kimi sözünə, əməlinə sadiqliyini nümayiş etdirdi.

İkinci paketin icrası isə sentyabrın 1-dən başlayır. Belə ki, minimal əmək haqqı 250 manata çatdırılır, əlavə olaraq 400 min nəfərin maaşı 20-50 faiz artırılır. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olacaq. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələyəcək.

Yəni minimum səviyyədə olan əməkhaqqı belə yaşayış minimumundan 70 manat ya 40 faiz çox olacaq. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin maaşlarının artımına səbəb olacaq ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır.

750 min pensiyaçıya verilən vəsait isə oktyabrın 1-dən artırılacaq. Prezident İlham Əliyevin bu il təqdim etdiyi əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslərin əməkhaqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.

Əlavə olaraq müavinət təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanı əhatə edib bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə gənclərdir.

Göründüyü kimi, bu müavinət təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edir onların gəlirləri çox əhəmiyyətli şəkildə artırılır.

Onu da əlavə edək ki, dövlət başçısının digər təşəbbüsü sosial sığorta sahəsində böyük irəliləyişi təmin edib. Belə ki, 2006-2018-ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanb. Bunun nəticəsində yanvar ayının 1-dən etibarən avtomatik pensiya təyinatına başlanılıb. Avtomatik pensiya təyinatı bu gün artıq 13 min insanı əhatə edir. Onlar hər hansı bir ünvana getmədən, hər hansı bir müraciət etmədən pensiya təyinatlarını ən səmər

Beləliklə, Prezidentin imzaladığı hər iki sosial paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat olmaqla ümumilikdə 4,2 milyon vətəndaşın əhatə edilməsini 5,3 milyard manatın ayrılmasını nəzərdə tutur.

Əgər nəzərə alsaq ki, ölkə əhalisinin sayı 10 milyon nəfərdir, bunun necə böyük sosial əhəmiyyətə malik olduğunu təsəvvür etmək çətin deyil.

Dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqın böyük etimad göstərərək mandat verdiyi hakimiyyət fəaliyyəti ilə daim ictimai maraqları doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqisosial-iqtisadi islahatları həyata keçirməklə böyük rəğbət qazanır.

Azərbaycanda sosial sahə üzrə görülən işlər bir tərəfdən dövlətin gücünü, digər tərəfdən isə Prezidentin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Ancaq atılan addımlar Prezident İlham Əliyevin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Görünən odur ki, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.-31 avqust.- S.1; 3.