Mark Şnayer: Birinci xanım Mehriban Əliyeva Azərbaycanda qadın hüquqlarının imkanlarının genişləndirilməsi istiqamətində çox görüb

 

ABŞ Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayer AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycanda tolerantlıq qarşılıqlı anlaşma ənənələrindən, həmçinin bu dəyərlərin bütün dünyada təbliği istiqamətində Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səylərindən bəhs edib.

Ravvin Şnayer deyib: “Mən Azərbaycanı digər 57 müsəlman ölkəsi ilə müqayisə etməyi xoşlayıram. Açıq-aşkardır ki, sizin ölkəniz multikulturalizm ənənələri sahəsində mütləq liderdir. Söhbət təkcə Prezident İlham Əliyevin bütün beynəlxalq konfranslarda, o cümlədənBakı Prosesiçərçivəsində tolerantlıq ideyalarının təbliğinə şəxsi sədaqətindən yox, həmçinin özündə dözümlülük dinc-yanaşı yaşamağı ehtiva edən bu dəyərlərin Azərbaycan cəmiyyətinin əsasını təşkil etməsindən gedir. Mədəniyyətlərarası dinlərarası dialoq qarşılıqlı anlaşma yüz illər boyu Azərbaycan cəmiyyətinin əsası olub belə olaraq da qalır. Bu, yeni platforma deyil, öz–özlüyündə unikal hadisədir”.

Ravvin Şnayer əlavə edib ki, Azərbaycana tez-tez səfər edir mədəniyyətlərarası dinlərarası dialoq üzrə bir çox qlobal konfranslarda iştirak edir. Elə bir konfrans yoxdur ki, orada birinci xanım Mehriban Əliyeva iştirak etməsin dünyanın bütün ölkələrindən gəlmiş qonaqları salamlamasın. Qeyd etmək vacibdir ki, bütün bu illər ərzində Birinci vitse-prezident Azərbaycanı mədəniyyətlərarası platformada dünyanın paytaxtına çevirmək üçün şəxsi səylərini əsirgəməyib. Qeyd etmək yerinə düşər ki, o, bu işləri öz həyat yoldaşı, Prezident İlham Əliyev ilə mütləq tərəfdaşlıq şəraitində həyata keçirir. Bundan başqa, birinci xanım Azərbaycanda qadın hüquqlarının imkanlarının genişləndirilməsi istiqamətində çox görüb. Bunun sayəsində o, bütün dünyadakı müsəlman qadınların əksəriyyətini ruhlandırıb. Heyrətamiz haldır ki, onun liderliyinin atributları, humanizm dözümlülük dəyərlərinə sədaqət prinsipləri Azərbaycan cəmiyyətinin təməlinin təşkil edən ənənələrə uyğundur”, - deyə ABŞ Etnik Anlaşma Fondunun prezidenti vurğulayıb.

Mark Şnayer, həmçinin Azərbaycandakı yəhudi icması haqqında da danışıb: “Azərbaycan yəhudilərindən söz düşmüşkən, qeyd etməliyəm ki, bu icma öz-özlüyündə bir fenomendir. Maraqlıdır ki, əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə 25 minlik yəhudi icması mövcuddur. Bu insanlar öz dininə sərbəst şəkildə etiqad etməklə sülh şəraitində yaşamaqla yanaşı, həmçinin Azərbaycan xalqı, Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva tərəfindən sevilirlər. Mən bu ilin mayında Bakıya səfərim zamanı ilk koşer restoranının açılışında iştirak etdim. Bu, mədəni nöqteyi-nəzərdən qeyri-adi təcrübə idi. Ayrıca olaraq, yüksək xidmət səviyyəsini qeyd etmək lazımdır. Bakıda yəhudi restoranının olduğunu görmək çox xoşdur. Azərbaycan mədəniyyətlərarası dinlərarası dialoq, dinc yanaşı yaşamaq ideyalarının İslam dünyasında təbliği, İsraillə bütün dünyadakı yəhudi icmaları ilə dostluq əlaqələri üzrə aparıcı ölkədir. Mən Azərbaycandan söz açanda, səs tonumda həmişə ruh yüksəkliyi hiss etmək mümkündür. Şadam ki, bu cür ölkə mövcuddur dünya ictimaiyyəti mədəniyyətlərarası dialoq dinc yanaşı yaşamaq ideyalarına bu dərəcədə sadiq olan ölkəni qiymətləndirməlidir”, - deyə ravvin Şnayer sözlərinə yekun vurub.

 

Azərbaycan.- 2019.- 29 avqust.- S. 1; 3.