Sağlamlıq və Termal Turizminə dair əməkdaşlıq görüşü keçirilib

 

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin Bakı ofisində Türkiyənin Dənizli Xəstəxanalar Şəbəkəsinin nümayəndələri ilə görüşü keçirilib.

Qurumun prezidenti Ruslan Quliyev görülmüş işlər və layihələr haqqında qonaqlara məlumat verib. Daha sonra AHTTSA-nın icraçı direktoru Tərlan Quliyevin fikirləri dinlənilib.

Dənizli Xəstəxanalar Şəbəkəsinin xarici əlaqələr sektorunun müdiri Emre Türkmen xəstəxana haqqında ətraflı məlumat verərək, xidmət göstərdikləri ixtisas xəstəliklərinin müalicəsi istiqamətində fəaliyyətlərindən bəhs edib. Əməkdaşlıq perspektivləri, fəaliyyət planı müzakirə olunub, Dənizli Xəstəxanalar Şəbəkəsinin ixtisaslı həkimlərinin Azərbaycanda seminarlarının təşkili və Dənizli bölgəsinə tanışlıq turlarının təşkili barədə yekdil qərar əldə olunub.

 

Azərbaycan.- 2019.-29 avqust.- S.5.