TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasiminin iştirakçılarının şərəfinə ziyafət verilib

 

Prezident İlham Əliyev ziyafətdə iştirak edib

 

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin iştirakçılarının şərəfinə ziyafət verilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.

 

Azərbaycan.- 2019.- 1 dekabr.- S.3.