Heydər Əliyev Mərkəzində Emir Kusturitsa “The No Smoking Orchestra” qrupunun konserti olub

 

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi Emir Kusturitsa onun "The No Smoking Orchestra” qrupunun konserti keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri möhtəşəm şou təqdim olunub. Emir Kusturitsa qrupu proqramda məşhur mahnı kompozisiyalarını ifa edib.

O, karyerası boyunca müxtəlif sahələrdə populyarlıq şöhrət qazanıb. Əvvəlcə o, kinorejissor ssenarist kimi məşhurlaşıb, daha sonra isə özünü istedadlı musiqiçi kimi təsdiqləyib. Çoxşaxəli istedadı fəaliyyəti Emir Kusturitsanı Balkan mədəniyyətinin simvoluna çevirib.

Emir Kusturitsa 1999-cu ildə "The No Smoking Orchestra” qrupunu yaradıb onun daimi üzvüdür. O, qrupun tərkibində gitaraçı kimi çıxış edir. "The No Smoking Orchestra” qrupu rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları Asiya melodiyalarını sintez edir. Kollektiv həmişə tamaşaçılarını təəccübləndirməyi bacarır, izləyicilərin iştirakı ilə möhtəşəm şou təqdim edir.

 

Azərbaycan.- 2019.- 1 dekabr.- S.8.