Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç,

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 dekabr, 2019-cu il.

 

Azərbaycan.- 2019.- 3 dekabr.-  S. 2.