Milli Məclisin iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciət qəbul edilib

 

Dekabrın 2-də Milli Məclisin plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bugünkü plenar iclasda parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı etdiyi müraciətin müzakirəyə çıxarılacağını bildirdi.

Spiker bu barədə danışaraq dedi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dövrün tələbləri səviyyəsində qurulan daxili xarici siyasəti ölkəmizin ardıcıl dinamik inkişafını təmin edir. Ulu Öndər Heydər Əliyevin başlatdığı işlərin yeni çağırışlar şəraitində yaradıcı şəkildə davam etdirilməsi Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində aparılan struktur kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır.

Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, digər amillər qanunvericilik hakimiyyətində islahatların dərinləşdirilməsini, parlamentin yenilənməsini zəruri edib. Məlum olduğu kimi, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisə parlamentin buraxılması növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ediblər bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş ediblər.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var. Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığışmışıq.

Sonra Milli Məclisin İctimai birliklər dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov partiyanın təşəbbüsünü əsaslandıraraq dedi: "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi ənənələri, daxili xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurla davam etdirilir. Sosial-iqtisadi tərəqqi, ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin həyata keçirilməsi daha geniş hədəflərin müəyyənləşməsini daha dərin islahatların aparılmasını zərurətə çevirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Nazirlər Kabinetində, məhkəmə-hüquq sistemində regional idarəetmə orqanlarında struktur kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bundan sonra da uğurla davam etdiriləcək. YAP üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik sahəsini əhatə etməsi məqsədilə prinsipial mövqe dövlətçiliyə xidmət nümunəsi göstərməlidir”.

Komitə sədri deputatları YAP üzvlərinin parlamentin buraxılması növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətinə dəstək verməyə çağırdı.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə çıxarılmış məsələni hüquqi cəhətdən əsaslandırdı.

Sonra Milli Məclisin qərar layihəsini hazırlamaq üçün parlament Sədrinin müavini Bahar Muradova, komitə sədrləri Əli Hüseynli, Səməd Seyidov, deputatlar Fəzail İbrahimli Sahibə Qafarovadan ibarət redaksiya komissiyası yaradıldı.

Müzakirələr zamanı çıxış edən deputatlar Hikmət Məmmədov, Fəzail İbrahimli, Azay Quliyev, Aqiyə Naxçıvanlı, Elşən Musayev, Sahibə Qafarova, Azər Badamov, Səməd Seyidov, Şəmsəddin Hacıyev, Qüdrət Həsənquliyev, Kamilə Əliyeva, Elmira Axundova, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Fazil Mustafa, Asim Mollazadə, Musa Quliyev, Jalə Əliyeva, Rasim Musabəyov, Eldar İbrahimov, Nəsib Məhəməliyev, Arif Rəhimzadə Milli Məclisin hər zaman dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəklədiyini, cəmiyyətdə yeni siyasi proseslərin başlandığını bildirdilər. Qeyd olundu ki, deputatların bu təşəbbüsü ölkəmizin inkişafına, tərəqqisinə xidmət edəcək növbədənkənar parlament seçkiləri ölkəyə yeni dinamizm verəcək.

Çıxışlardan sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova qərar layihəsini səsləndirdi. Qərar səsə qoyularaq qəbul edildi.

Bununla Milli Məclisin plenar iclası başa çatdı.

 

Azərbaycan.- 2019.-3 dekabr.- S.1; 4.