Yeni kadr dəyişiklikləri islahatların dönməzliyinin təsdiqidir

 

Azərbaycan artıq illərdir ki, davamlı islahatları həyata keçirən dövlət imicini qazanmışdır. Bu islahatların miqyası, istiqamətləri və əhatə dairəsi mütəxəssislər, politoloqlar tərəfindən araşdırılır, tam spektr boyu dəyərləndirilir və iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, dövlət quruculuğunun təkmilləşdirilməsi, qanunvericiliyin islahatların ruhuna uyğunlaşdırılması istiqamətlərində atılan bütün addımlar yüksək qiymətləndirilir.

Xəbər verildiyi kimi, dövlət başçısının sərəncamları ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yeni strukturu təsdiq olunmuşbu strukturda əksini tapan vəzifələrə yeni kadrlar təyin edilmişdir. Məqsəd Prezident Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan yeni vəzifələrin daha keyfiyyətli icrasını təmin etmək üçün komandanın struktur tərkibinin yenidən formalaşdırılmasıdır.

Sonuncu kadr islahatları bir daha onu göstərir ki, Azərbaycanda müasirdünya standartlarına cavab verən yeni məzmunlu kadr islahatları sivil qaydalarla aparılır.

Dövlət başçısı vəzifəsindən istefa verən yüksək çinli dövlət məmurlarını qəbul edir, onların fəaliyyətini, ölkə inkişafına verdiyi töhfələri qiymətləndirir və mükafatlandırır. Bu isə o deməkdir ki, onların vəzifələrinin icrası zamanı gördüyü müsbət işlər diqqətdən kənarda qalmır.

Diqqətçəkən məqamlardan biriodur ki, belə məmurlar vəzifələrini tərk etdikləri son anda belə aparılan islahatların dövlət quruculuğunun xeyrinə olduğunu dərk edir, bu işdə dövlət başçısını dəstəkləyirlər. Bu özlüyündə iqtidar komandasının islahatlara meyilli olmasını, yaşı ötmüş məmurların yerlərini ləyaqətlə və şərəflə gənc nəslə ötürmələrini sübut edən ciddi amildir.

Prezident belə hesab edir ki, nəsillərin təbii dəyişməsi yeni ideyaların və yeni münasibət modellərinin yaranmasına təkan verir. Məhz buna görə ölkədə gəncləşmə siyasətinin aparılması labüddürbunu dərk etməmək, ondan kənarda qalmaq mümkün deyil. Eyni zamanda dövlət başçısı nəsillər arasındakı intellektual mübadiləni harmonik məcraya yönəldir. Yəni faktiki olaraq böyük təcrübəsi, dövlət quruculuğunda zəhməti olan yaşlı nəslin nümayəndələri vəzifələrini yeni ideyalarla daha zəngin, daha böyük enerjiyə və yaradıcılıq imkanlarına malik olan gənc nəslin nümayəndələrinə ötürürlər.

Prezident İlham Əliyev kadr islahatlarında dərin məntiqə söykənir, müasir dünya təcrübəsinə arxalanır və eyni zamanda yüksək eşelondakı kadr islahatlarının dalğasında sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı kampaniya təşkil etməyə yönələn cəhdlərin qarşısını qətiyyətlə alır. Prezident sonuncu kadr islahatlarında neqativ təzahürlərə yol verilməyəcəyini belə bəyan edir: "Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Birki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir”.

Yaşlı kadrlarla bağlı ekspertlər onu da qeyd edirlər ki, Administrasiyanın tərkibinə yüksək vəzifələrə sınanmış kadrların irəli çəkilməsi də müşahidə olunurbununla yeni kadr siyasətində vacib balans qorunur. Eyni zamanda dövlət başçısı kadr siyasətində şəffaflığı gözləyir. Yüksək vəzifəyə təyin olunan məmurlarla bağlı qəbulların KİV-də geniş işıqlandırılması da bunu sübut edir. Bu görüşlərdə həvalə olunan sahələrdəki irəliləyişlər və görülməli işlər dərindən araşdırılır, məmurun vəzifəsinin incəlikləri müzakirə edilir, gözlənilən nəticə əldə olunmadığı halda, sərt tədbirlərin görüləcəyi bildirilir.

Bundan əlavə, Prezident iqamətgahından həm ölkəyə, həm dünyaya mesaj verilir ki, Azərbaycanın gələcəyi, perspektivləri islahatlara və yüksək tələblərə köklənib. Hamı islahatların sürətlə həyata keçirilməsinə kömək etməlidir.

Ekspertlər bildirirlər ki, sonuncu kadr islahatları Azərbaycan dövlətçiliyi tarixində yeni və təqdirəlayiq mərhələdir. Ölkədə hamıya aydındır ki, dövlət başçısının nümayiş etdirdiyi soyuqqanlı praqmatizm, sistemli və mərhələli islahatlar ayrı-ayrılıqda hər bir kəsin, bütünlükdə isə milli maraqların tam təmin olunmasına yönəlmişdir. Dövlət quruculuğunda, iqtisadi proseslərin idarə olunmasında, əhalinin sosial maraqlarının təmin edilməsində

İlham Əliyevin nümayiş etdirdiyi uzaqgörənlik və prinsipiallıq Azərbaycanda islahatların dönməzliyini təsdiq edir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.-4 dekabr.- S.1; 4.