İmadəddin Nəsimi dünya dillərində

 

TÜRKSOY da böyük Azərbaycan şairinin anadan olmasının 650-ci ildönümü şərəfinə 2019-cu ili "Nəsimini anma ili elan edib.

Bu nüfuzlu beynəlxalq mədəniyyət təşkilatı şairin qəzəllərini 15 dildə (Azərbaycan, qazax, qırğız, özbək, türk, türkmən, alman, rus, fransız, ingilis, ispan, italyan, rumın, tacikUkrayna) Ankarada nəfis tərtibatla və yüksək poliqrafik səviyyədə nəşr etdirib. "İmadəddin Nəsimi dünya dillərində adlı bu kitab əlamətdar yubileyə dəyərli töhfədir.

Yeni nəşrin tərtibçisi və redaktoru olan Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı kitabın tərcüməsinə həmin ölkələrdən təcrübəli mütəxəssislər cəlb edib. Ön sözün müəllifi AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov kitaba yazdığı təqdimatında təşkilat tərəfindən 2010-cu ildən etibarən hər ilin türk dünyasının tanınmış simalarından biri ilə bağlı olduğunu diqqətə çatdırır. O, bu sırada İmadəddin Nəsiminin xüsusi yeri olduğunu vurğulayaraq yazır: "Şərqin hər üç ədəbi dilində əsərlər yazan bu qüdrətli şair qələmə aldığı bənzərsiz qəzəlləri ilə daha çox tanınmaqdadır. Yaradıcılığındakı səmimiyyət, humanizm, həyatın gözəlliklərindən zövq almaq, şeirlərində ifadə etdiyi fəlsəfi düşüncə onu dünya ədəbiyyatının ən görkəmli, mütərəqqi adamları ilə yaxınlaşdırır və böyük mütəfəkkirin dünyagörüşünün universal miqyasını göstərir. Böyük şairin nəsihətləri və təlimləri sadəcə türk dünyası üçün deyil, bütün insanlığın yol göstəricisidir.

 

Azərbaycan.- 2019.- 11 dekabr.- S.11.