Türk Dünyası və parlamentarizm

 

Son 10 il ərzində türkdilli ölkələr arasında münasibətlər inkişaf edərək keyfiyyətcə yeni mərhələyə keçmişdir

 

Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən əsrin 90-cı illərinin əvvəllərində başlanmışdır. 1992-ci ildə Türkdilli Dövlət Başçılarının Birinci Zirvə Toplantısı keçirildibundan sonra ölkələrimizin liderləri müntəzəm olaraq bir araya gəlib əməkdaşlığın əsas prioritetləri və istiqamətlərini müzakirə edirdilər. Lakin o dövrdə zirvə toplantıları daha çox məsləhətləşmələr funksiyasını daşıyırdı və əməkdaşlığın daimi platforması formalaşmamışdı.

İllər keçdikcə ölkələr arasında həm iqtisadi, həm mədəni, həm də siyasi münasibətlər sürətlə inkişaf edirdi və həmin münasibətlərin institusional çərçivəyə salınması zamanın tələbi idi. 1993-cü ildə TÜRKSOY-un yaradılması, 2008-ci ildə TÜRKPA-nın, ardından 2009-cu ildə Türk Şurasının təsisi bu zərurətdən irəli gəlmişdir. Qeyd olunan qurumların yaradılması regionda Türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün önəmli təkan vermişdir. Daha sonra Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və Miras FonduTürk Biznes Şurası kimi təşkilatların qurulması müvafiq sahələrdəki əməkdaşlığımızı daha da dərinləşdirmişdir.

Təbii ki, türkdilli ölkələr arasında əməkdaşlıq və əlaqələrin inkişafından danışanda müasir müstəqil Azərbaycan dövlətinin banisiqurucusu Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusilə vurğulamaq lazımdır. Ulu Öndər bütövlükdə türk dünyasının birləşməsi ideyasının gerçəkləşməsi, türkdilli xalqlar arasında birlik və həmrəylik uğrunda qətiyyətli və ardıcıl mübarizə aparmışdır. Heydər Əliyev çağdaş Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, müasir Azərbaycan parlamentinin banisi sayılır. Azərbaycana rəhbərlik etdiyi dövrdə, Heydər Əliyev hakimiyyət orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi, mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltmişdi. Bu dövrdə Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq işlərinin hüquqi bazasının yaradılmasında mühüm rol oynamışdır. Bu baxımdan, Heydər Əliyevin Azərbaycan parlamentarizminin inkişafında müstəsna rolu olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin türk dünyasının qarşılıqlı əlaqələri və inkişafı strategiyasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davaminkişaf etdirməkdədir. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyətini xüsusilə qeyd etməliyik. TÜRKPA və eyni zamanda Türk Mədəniyyəti və Miras Fondunun qərargahlarının Bakıda yerləşməsi Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətləri arasındakı münasibətlərin inkişafına olan dəstəyi, diqqət və qayğısının bariz nümunəsidir.

Təbii ki, ölkələr arasında müxtəlif sahələr üzrə qanunların yaxınlaşdırılması və əlaqələrin daha da inkişaf etdirilməsi sahəsində önəmli rolu parlamentlər həyata keçirir. Bu baxımdan, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) regional əməkdaşlıq platforması kimi Türk əməkdaşlığının parlament səviyyəsində təzahürüdür. TÜRKPA Türk dünyasında çoxtərəfli əməkdaşlığın parlament səviyyəsində tək formasıdır. Təşkilat 21 noyabr 2008-ci ildə İstanbul sazişi ilə təsis edilmişdir. Assambleyanın vəzifəsi və məqsədi türk əməkdaşlığı çərçivəsində parlamentlərarası əlaqələri genişləndirmək, irəli sürülən təşəbbüslərə və öhdəliklərə hüquqi dəstək verməkdir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə TÜRKPA-nın təsisçi üzvləridir. Macarıstan Parlamenti 2014-cü ildən etibarən assambleyanın fəaliyyətində müşahidəçi qismində iştirak edir.

TÜRKPA digər Türkdilli dövlətlər ilə sıx qarşılıqlı əlaqələrin qurulmasında xüsusən maraqlıdır. Belə ki, Türkmənistan və Özbəkistan parlamentləri ilə təmasların qurulması prosesi davam edir. Qeyd etmək lazımdır ki, Özbəkistan da artıq Naxçıvan sazişini imzalamışdır. Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Dövlət Başçılarının VII Zirvə görüşü 15 oktyabr 2019-cu il tarixində Azərbaycanda keçirilmişdir və Özbəkistan Prezidenti Şevkat Mirziyoyev Zirvə görüşündə Türk Şurasının tamhüquqlu üzvü kimi iştirak etmişdir. Həm TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri və həm də Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq inanıram ki, Özbəkistan parlamenti yaxın zamanlarda TÜRKPA-nın fəaliyyətlərində də tamhüquqlu üzv kimi iştirak edəcəkdir.

Türkdilli ölkələr arasında əməkdaşlığın parlament ölçüsü olaraq assambleya üzv ölkələr arasında hüquqi, iqtisadi, sosial-mədəni, ətraf mühitortaq maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquqi zəmin təmin edir. Təşkilatın ana xətti məhz inteqrasiya prosesinin inkişafı üçün qanunvericilik bazasının yaradılmasıdır. Bu kontekstdə TÜRKPA çərçivəsində dörd ixtisaslaşmış komissiya hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası, sosial, mədəni və humanitar məsələlər komissiyası, iqtisadi əməkdaşlıq komissiyası və ətraf mühit və təbii ehtiyatlar komissiyası fəaliyyət göstərir.

Hazırda TÜRKPA çərçivəsində dörd ölkənin mümkün olan istiqamətlərdə qanunvericilik bazasının yaxınlaşdırılması məsələsi oyrənilir və bu sahədə müəyyən addımlar atılır. TÜRKPA-nın təsis sənədi olan İstanbul sazişi assambleyanın prioritet məsələlərindən biri kimi üzv ölkələrin qanunvericiliklərinin yaxınlaşdırılmasını özündə əks etdirir. Bu məqsədlə TÜRKPA-nın dörd daimi komissiyası fəaliyyət sahələri çərçivəsində model qanun layihələrinin hazırlanması ilə məşğuldur. Bu sahədə, TÜRKPA katibliyi üzv ölkə parlamentlərinin hüquq ekspertləri ilə birgə sıx əməkdaşlıq edir. İndiyə kimi TÜRKPA üzv ölkələrinin milli qanunvericiliklərinin uyğunlaşdırılması üzrə hüquq ekspertlərinin iştirakı ilə 4 seminar keçirilmişdir. Seminarlar zamanı üzv ölkələr üçün model qanun layihələrinin hazırlanması istiqamətində prioritet sahələr müzakirə edilib müəyyənləşdirilmişdir.

Əməkdaşlığın parlament ölçüsü olaraq, TÜRKPA siyasi, iqtisadi, humanitar və digər önəmli sahələrdə dialoqun inkişaf etdirilməsini hər zaman diqqətdə saxlayır. BMT-nin Minillik İnkişaf Hədəflərinin əsasında formalaşdırılmış Davamlı İnkişaf Hədəfləri, başqa sözlə desək, Qlobal Hədəflər dünyanın bütün ölkələri üçün çətir rolunu oynayır. Assambleya öz komissiyalarının fəaliyyətlərində BMT-nin Minillik İnkişaf Hədəflərindən önəmli platforma kimi istifadə edir.

Təsis edildiyi 2014-cü ildən etibarən komissiyamız 5 iclaskomissiya çərçivəsində 3 seminar keçirmişdir. Bütün iclas və seminarların mövzuları BMT-nin Davamlı İnkişaf Hədəflərində əks olunmuş məsələlərə həsr olunmuşdur. İclas və seminarların yekun hesabatları və tövsiyə qərarları qəbul edilərək üzv ölkələrin parlamentlərinə göndərilmişdir.

Cari ilin 14 iyun tarixində, TÜRKPA tərəfindən "Davamlı İnkişaf Məqsədlərinə nail olmasında Türk Dünyası Qadınlarının rolumövzusunda qadın parlamentarilərin Beynəlxalq Konfransı Bakı şəhərində keçirilmişdir. Bunlar Davamlı İnkişaf Hədəflərinə nail olunması istiqamətində TÜRKPA fəaliyyətlərindən bəzi nümunələrdir və təşkilat bu məsələlərə çox böyük diqqət yetirir.

TÜRKPA İstanbul anlaşmasına uyğun olaraq parlamentlərarası əməkdaşlığı inkişaf etdirmək və təcrübənin daha geniş mübadiləsini təmin etmək məqsədilə üzv parlamentlərin aparat işçiləri arasında təcrübə mübadilə proqramlarını həyata keçirir. Bu sahədə uğurlu nəticələr əldə edilmişdir.

2010-cu ildən etibarən TÜRKPA-nın təsis etdiyi seçkilər üzrə beynəlxalq müşahidəçilər missiyası üzv ölkələrdə keçirilən prezidentparlament seçkilərini müşahidə edir. TÜRKPA bugünə qədər üzv ölkələrdə keçirilmiş seçkiləri müşahidə etmiş və bəyannamələrini yaymışdır. Assambleyanın seçki müşahidəsi işlərində üzv ölkələrdən olan millət vəkilləri və TÜRKPA katibliyində işləyən diplomatlar iştirak edirlər. Seçki müşahidələri qısa dövrlü müşahidə işləri olub, seçkilərə aid qanuni çərçivə, seçici, partiya və namizədlərin qeydiyyat əməliyyatları, seçki kampaniyaları, səs vermə, sayma və siyahıyaalınma kimi mövzuları əhatə edən bir şəkildə həyata keçirilir. Qeyd etmək olar ki, artıq TÜRKPA-nın müşahidəçilər mandatı beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan və tanınan missiyaya çevrilmişdir.

TÜRKPA beynəlxalq münasibətlər sistemində aktiv fəaliyyət göstərir. TÜRKPA parlament diplomatiyasının gələcək inkişafına töhfə verməyə və Avrasiya regionunda mövcud parlamentlər və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və inkişaf etdirilməsində maraqlıdır. Təşkilat beynəlxalq əməkdaşlıq çərçivəsində bir çox uğurlara imza atmışdır. TÜRKPA Beynəlxalq Parlamentlərin Baş Katibləri Assosiasiyasına üzv, 179 ölkəni birləşdirən dünyanın ən boyük beynəlxalq parlament təşkilatı olan Beynəlxalq Parlamentlər Birliyi (IPU), İslam Əməkdaşlığı Təşkilatının Parlamentlər İttifaqı, (İƏT Pİ) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans (CICA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏTPA) və Asiya Parlament Assambleyasına (APA) müşahidəçi kimi qəbul olunmuş, ATƏT Parlament Assambleyasında isə qonaq statusunda iştirak etmək hüququna nail olmuşdur. Avropa Parlamenti, MDB Parlamentlərarası Assambleyası, GUAM Parlament Assambleyası kimi qurumlarla da əməkdaşlıq möhkəmləndirilmiş və inkişaf etməkdədir.

TÜRKPA Türkdilli ölkələr arasında iqtisadi, siyasi, mədəni və elmi əməkdaşlıq üzrə birgə model formalaşdırmaq üçün Türk Şurası, Türk Akademiyası və TÜRKSOY-la sıx əməkdaşlıq edir. Bundan başqa, TÜRKPA üzv ölkələrin akademik və təhsil müəssisələri, habelə Türk əməkdaşlığında iştirak edən digər təşkilatlarla səmərəli əməkdaşlıq mexanizmlərinin yaradılmasına və çərçivə əməkdaşlığın qurulmasına önəm verir. Bu istiqamətdə TÜRKPA Türk Akademiyası, Türk Dünyası Bələdiyyələr Birliyi, Manas Qırğız-Türk UniversitetiAhmet Yassavi Qazax-Türk Universiteti ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Türkdilli dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr üzrə əməkdaşlıq platformaları mövcuddur və hazırda ikitərəfli əməkdaşlıq sahələri genişləndirilir. TÜRKPA öz növbəsində, Türk əməkdaşlığı qurumlarının qeyd olunan bütün sahələrdəki fəaliyyətlərinə, layihə və təşəbbüslərinə qanunvericilik sahəsində dəstəyinin təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür. TÜRKPA bu istiqamətdə Türk əməkdaşlığı qurumlarına hər zaman dəstək verməyə hazırdır.

Sonda qeyd etmək istərdik ki, TÜRKPA qlobal dialoqun parlamentlərarası platformasının möhkəmlənməsinə xüsusi önəm verir. Ənənəvi diplomatiyanı tamamlayan bir amil kimi parlament diplomatiyasından istifadə olunmasının dünyada sülhün, demokratiyaiqtisadi inkişafın bərqərar olmasında xüsusi rol oynayacağına inanır. TÜRKPA-nın AvropaAsiya beynəlxalq institutları ilə sıx işbirliyi, dünyada çox vacib faktor olan mədəniyyətlər və dinlərarası dialoqun intensivləşməsində və tolerantlıq amilinin ön plana çıxmasında önəmli rol oynamaqdadır.

İnanırıq ki, TÜRKPA çərçivəsində üzv ölkələr arasında və eyni zamanda Türk işbirliyi qurumları arasındakı əməkdaşlıq regional və beynəlxalq sabitlik, həmçinin təhlükəsizlik məsələlərinə mühüm töhfələr verəcəkdir.

 

Əhliman ƏMİRASLANOV,

Milli Məclisin Səhiyyə komitəsinin sədri,

TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar

komissiyasının sədri, akademik

 

Azərbaycan.- 2019.- 17 dekabr.- S.9.