Rəsmi qarşılanma mərasimi

 

Azərbaycan Ukrayna əlaqələri yüksək səviyyədədir

 

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi.

Vladimir Zelenski Azərbaycan əsgərlərini salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Ukraynanın Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycanın dövlət hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Ukrayna prezidentlərinin qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

Azərbaycan.- 2019.- 18 dekabr.- S.1.