Ruminin irsinə töhfə

 

İslam dünyasının dahi mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin vəfatının 746-cı ildönümü münasibətilə Konya şəhərində "Həzrət Mövlanə və mədəniyyətlərdə vəfa” mövzusunda beynəlxalq konfrans keçirilib.

Türkiyə Respublikası Səlcuq Universiteti Mövlanə Tədqiqatlar Mərkəzi ilə Atatürk Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi konfransa Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdən alimlər qatılıblar. Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov da tədbirdə iştirak edib.

Atatürk Mədəniyyət Mərkəzinin direktor müavini Adem Uzunun açılış nitqi ilə başlayan konfrans, daha sonra Mövlanə Araşdırmaları İnstitutunun müdiri, professor Ali Temizel, Səlcuq Universitetinin rektor müavini, professor Ahmet Kaan Karabulut, professor Kadir Güldiken və Konyanın millət vəkili professor Hacı Ahmet Özdemirin "Həzrət Mövlanə və mədəniyyətlərdə vəfa” məzmunlu məruzələri ilə davam edib.

Dosent Anar Qafarov "Əxlaqın mənbəyi müstəvisində Mövlanə yaradıcılığının təhlili” mövzusunda məruzə edib. O, məruzəsində Mövlanənin əxlaq düşüncəsini metafizik, epistemoloji, psixolojisosioloji aspektlərdən analiz edib, əxlaqın mənbəyi problemini fəlsəfi və dini müstəvidə şərh edib. Mövlanə Cəlaləddin Ruminin ağıl-vəhy münasibətlərinə yanaşmasını təhlil edərək, dahi mütəfəkkirə görə əxlaqi propozisiyaların mənbəyi problemini metafizik, epistemolojipsixoloji müstəvidə müzakirə obyektinə çevirib.

Dosent A. Qafarov məruzəsi əsnasında Mövlanənin "Divani-Kəbir”, "Məsnəvi” və "Fihi ma fih” adlı əsərlərində yer alan bir neçə metaforadan nümunələr gətirib.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.-19 dekabr.- S.7.