Qüdrətli Azərbaycanın təminatçısı

 

Hər bir ölkənin inkişafında, dünyada söz sahibinə çevrilməsində və beynəlxalq aləmdə nüfuzunun artmasında siyasətçilərin, müdrik dövlət başçılarının müstəsna rolu olur.

Bu kimi siyasi liderlərin, dövlət xadimlərinin əldə etdikləri uğurlar həmin ölkənin sürətli inkişafını şərtləndirən amillərdən sayılır. Belə siyasi liderlərdən biri də məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Heydər Əliyevin ən layiqli davamçısı kimi İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın adı dünyanın sürətlə inkişaf edən ölkələri sırasında çəkilir.

 

Uğurlarımızın müəllifi İlham Əliyevdir

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan dövləti son illər hər bir istiqamət üzrə uğurlu inkişaf yolu keçərək siyasi sabitliyini, iqtisadi imkanlarını və beynəlxalq mövqelərini daha da gücləndirib.

Beynəlxalq aləmdə Azərbaycanın nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi qəbul edilməsi gələcək nailiyyətlər üçün yaxşı zəmin yaradıb. Əlbəttə ki, bütün bu uğurların müəllifi bugünkü Azərbaycanın uzaqgörən lideri cənab İlham Əliyevdir. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısı kimi qətiyyətli olması, atdığı hər bir addımda milli maraqlarımızı öndə tutmasıdır. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət sayəsində indi dünya Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən dövlət kimi tanıyır.

İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan respublikamızda bu sahəyə, xüsusilə də Olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirilir. Məlum olduğu kimi, 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə ölkəmizdə Olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. İlk növbədə, Olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı. İşə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı. Beləliklə, cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, bu sahədə sistemli şəkildə işlər görüldü.

 

İdman tariximizə şanlı səhifələr yazılıb

 

Son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq ölkəmizdə idman dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daha sürətlə inkişaf edib. Bu mənada İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 16 ildə digər sahələrdə olduğu kimi, Azərbaycan idmanının tarixində də şanlı səhifələr yazılıb. Ötən dövr ərzində ölkəmizdə idmanolimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub.

Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasətinin, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin ümummilli inkişafa xidmət edən siyasi xəttinin konturları həm də idmanın infrastrukturunun möhkəmləndirilməsini, müasirləşdirilməsini və idmanın inkişafını şərtləndirən digər tədbirlərlə müşayiət olunur. Paytaxtda və bölgələrdə müasir standartlara cavab verən 43 olimpiya idman mərkəzinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda idmançılara yaradılan şəraitin parlaq nümunəsidir. İdman strukturunun yenidən qurulması, yeni-yeni idman obyektlərinin, olimpiya idman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb.

İdmançıların dövlət tərəfindən daim qayğı ilə əhatə olunması, bütün problemlərinin həll edilməsi, yüksək səviyyəli təlim-məşq toplanışlarının keçirilməsi onların beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etməsini təmin edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan idmançıları Sidney, Afina, Pekin, LondonRio olimpiya oyunlarında, o cümlədən Bakıda keçirilən I Avropa Oyunlarında və IV İslam Həmrəyliyi oyunlarında öz uğurlu çıxışları ilə xalqımızı sevindirdilər.

İdman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atılan addımlar ölkənin idman ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Çünki dünyanın ən mötəbər yarışlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir.

 

İdmançıların dostu

 

Fəxarət hissi keçirirəm ki, bu gün cənab İlham Əliyevin rəhbəri olduğu dövlətdə idman mütəxəssisi olaraq vətənimə xidmət edirəm. Ən əsası isə qürur duyuram ki, İlham Əliyev mənim həyatımda müstəsna rol oynayıb, yol göstərənim, istiqamət verənim olub. Bu dahi insanı hər zaman nailiyyətlərimin səbəbkarı kimi qəbul edirəm. Hakim kimi qatıldığım beynəlxalq turnirlərdə Azərbaycanın daim yüksəlişdə olan nüfuzunu artırmaq üçün hər bir qərarımda ədalətli və diqqətli olmuşam. Üzərimə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib Azərbaycanın adını uca tutmaq üçün səylə çalışmışam. Çünki bu həm də möhtərəm İlham Əliyevin qarşısında bir vətəndaş öhdəliyimdir.

Azərbaycan adına qazandığım uğurlar dövlət başçısı tərəfindən hər zaman yüksək qiymətləndirilib. İlham Əliyev ən yüksək dövlət mükafatları, fəxri adlarla məni təltif edib. "Şöhrət” ordeni, "Tərəqqi” medalı, Azərbaycan Prezidentinin fəxri diplomçusu, "Əməkdar bədən tərbiyəsi və idman xadimi”, "Əməkdar məşqçi” kimi müstəsna titullarla dövlət başçısı tək məni yox, bütün şəcərəmi şərəfləndirib. Həmçinin "Dünyanın ən yaxşı güləş hakimi”, Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi, Əməkdar məşqçi kimi qazandığım bütün uğurları Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısı sayəsində əldə etmişəm.

İlham Əliyev biz idmançıların sevimlisidostudur. Dövlət başçısı ilə müxtəlif tədbirlərdə, yarışlarda, xarici ölkələrdə də dəfələrlə görüşmüşəm. Yüksək alicənablığı, xüsusi nəcibliyi, həssaslığı ilə hər dəfə qəlbimizi yenidən fəth edib. Onunla ünsiyyətdə heç vaxt maneə görmürük. Əsl xalq adamı, əsl lider, əsl rəhbərdir! Mən son üç Olimpiya Oyunlarının hakimi olmuşam, ən yüksək olimpiya təltifi olan "Qızıl Fit”lə mükafatlandırılmışam. PekinLondon olimpiadalarından sonra mənə Rio Yay Olimpiya Oyunlarında da hakimliyin etibar edilməsi İlham Əliyevin rəhbərliyi altında gündən-günə güclənən, beynəlxalq miyqasda daha böyük etibar qazanan Azərbaycan idmanının növbəti nailiyyəti idi. Bu etimad hər bir hakim üçün böyük şərəf və qürurdur. Ona görə də nail olduğum uğurlarakeçirdiyim qürur hissinə görə məhz cənab Prezidentə borcluyam!

Məhz İlham Əliyevin sayəsində Azərbaycan bu gün dünyanın ən öncül idman ölkələrindən birinə çevrilib və beynəlxalq səviyyədə ən nüfuzlu idman dövlətlərindən biri kimi qəbul olunur. Buna görə də beynəlxalq idman təşkilatlarında təmsilçilərimizə böyük etimadla yanaşılır, məsul vəzifələr həvalə edilir, bizi daim yaxşı mənada fərqləndirirlər.

Bu gün mən Azərbaycan Respublikasının vətəndaşı olmağımla fəxr edirəm. Çünki dünyada ciddi böhranların, münaqişələrin, müharibələrin getdiyi bir dönəmdə cənab İlham Əliyev yürütdüyü qətiyyətli siyasətlə Azərbaycanı sabitlik adasına çevirib. Ona görə də tam əminliklə deyə bilərəm ki, cənab İlham Əliyev həm Azərbaycan idmanının böyük hamisi, həm də dünya siyasi arenasında öz sözüxüsusi çəkisi olan böyük siyasi xadimdir.

Hər birimiz daha güclü Azərbaycan naminə İlham Əliyevin ətrafında daha sıx birləşmişik. Böyük himayədarımızın rəhbərliyi altında Azərbaycanın daha böyük nailiyyətlər qazanması üçün yenə də ön cərgədə olacağıq. Biz idmançılar həm də bu dövlətin, Heydər Əliyev siyasi kursunun və ən nəhayət, şəxsən Prezident İlham Əliyevin sədaqətli əsgərləriyik. Bu, həmişə belə olub, həmişə də belə olacaq!

 

Hicran ŞƏRİFOV,

"Şöhrətordenli, Prezidentin fəxri diplomçusu,

əməkdar bədən tərbiyəsi idman xadimi, beynəlxalq dərəcəli hakim,

"Dünyanın ən yaxşı güləş hakimimükafatçısı

 

Azərbaycan.- 2019.- 22 dekabr.- S.1; 3.