Seçenov Universitetinin Bakı filialında poeziya gecəsi keçirilib

 

Dekabrın 26-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı filialının rektoru, professor Əziz Əliyev tədbirdə çıxış edərək tələbələrin poeziyaya marağının artırılmasına dəyərli töhfəsinə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.

Leyla Əliyeva çıxışında ən çətin humanist peşələrdən biri olan həkim peşəsinin əhəmiyyətini vurğulayıb.

Sonra Seçenov Universitetinin Bakı filialının tələbələri Lalə İsayeva, Nuranə Ələkbərova, Vüsalə Hüseynova Leyla Əliyevanın "Dünyanın ən gözəl insanı, haradasan?Ф, "İnanmırıqФ "Zaman, xahiş edirəm, dayanФ şeirlərini oxuyublar. Gələcəyin həkimləri - Tamerlan Rüstəmov, Lalə İsayeva Yaqub Kərimov da öz şeirlərini oxuyublar.

Leyla Əliyeva gecənin sonunda tələbələrə öz kitablarını hədiyyə edib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 2.