Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

 

Doğum gününüz münasibətilə Zati-alinizi böyük məmnuniyyətlə səmimi qəlbdən təbrik edirəm.

Sizin bacarıqlı və müdrik rəhbərliyinizlə Azərbaycanda həyatın bütün sahələri hərtərəfli və uğurlu inkişaf edib, ölkəniz bütün dünyada dialoq, sülh və tolerantlığın rəmzinə çevrilib. Ortaq problemlərimizi müzakirə etmək üçün görkəmli liderlərin bir araya gəldiyi platforma kimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Ölkənizi dinamik inkişaf və davamlı tərəqqi yolunda aparmaq kimi nəcib missiyanızı davam etdirmək üçün Zati-alinizə uzun ömür və möhkəm cansağlığı arzulayıram.

 

Əbdüləziz bin Osman əl-Tüveycri

İSESKO-nun sabiq Baş direktoru,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 3.