Qobustan qoruğu beynəlxalq əlaqələrini genişləndirir

 

Turistlərin böyük maraq göstərdikləri Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarından ibarət nümayəndə heyəti İspaniyada səfərdə olmuşdur.

Nümayəndə heyəti UNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Levant qayaüstü incəsənət ənənəsinin xarakterik abidələrinin təmsil olunduğu La Valltorta MuzeyiAl Barrakin Rio Martin Milli Parkında işgüzar görüşlər keçirib. Görüşlər zamanı qayaüstü incəsənətin öyrənilməsi, qorunması və təbliği sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

La Valltorta Muzeyinin direktoru Pilar Vidal Monferrerlə açıq havada qayaüstü incəsənət abidələrinin qorunması, konservasiya və restavrasiyası, həmçinin qoruqların idarə olunması və inzibati məsələlər barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində ölkəmizi təmsil edən nümayəndə heyəti ilə PRAT-CARP Avropa Qayaüstü İncəsənət Təşkilatı, habelə İspaniyanın müvafiq qoruq və muzeyləri arasında təcrübə mübadiləsi və qarşılıqlı turizm əlaqələrinin genişləndirməsinə dair müqavilələr imzalanıb.

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 11.