Corat məktəbinin 120 illik yubileyi qeyd olunub

 

Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Təhsil Nazirliyinin ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev, ictimaiyyət nümayəndələri, məktəbin məzunları qəsəbə sakinləri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsindən sonra məktəbin tarixindən bəhs edən videorolik nümayiş olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibətilə məktəbin müəllim şagird kollektivini təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində böyük müvəffəqiyyətlər arzulayıb. Z.Fərəcov Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsinə töhfə verdiyini diqqətə çəkib.

Qeyd olunub ki, hazırda Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Sumqayıtda 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binası tikilir, 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi işlərinə isə yaxın zamanlarda başlanılacaq.

Tədbirdə vurğulanıb ki, Corat qəsəbəsində 120 il öncə fəaliyyətə başlayan təhsil müəssisəsi böyük inkişaf yolu keçib, məktəbin tədris nailiyyətləri son illərdə daha da artıb. Corat məktəbinin yetirmələri sırasında adları təhsil, elm mədəniyyət tarixlərinə həkk olunmuş çoxlu sayda tanınmış ziyalılar var. 7 nömrəli tam orta məktəb Sumqayıtın çoxsaylı təhsil ocaqları arasında ən qədimidir. Məktəbin uğurla fəaliyyət göstərməsindən düz 120 il keçir. Üç əsrin tarixini yaşayan Corat məktəbinin hazırkı binası 1990-cı ildə tikilib. Mindən çox şagirdi olan təhsil ocağında tədris bir növbəlidir, şagirdlərin təlim-tərbiyəsi ilə 90 pedaqoji işçi məşğul olur.

Məktəbdə sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Kompüter otaqları, zəngin kitabxana, məktəbin tarixi guşəsi, tarix muzeyi şagirdlərin ixtiyarına verilib.

Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Yubiley tədbirində incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Sonda məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə Corat qəsəbə sakinlərinə səmərəli fəaliyyətlərinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 12.