Rəssamların sözü, fotomüxbirin gözü ilə...

 

Rəssamların yaratdığı hər tablo bir romanın mövzusunu verir əsl qələm sahibinə. Sərgiyə adətən müxtəlif yaşda olanlar və dünyagörüşlülər gəlir. Ziyarətçi var ki, bir əsərə "dünyanın sığdığının şahidinə çevrilir...

Rənglər "fırçanın dilində danışır - "dil açırsa, demək rəssam istədiyinə nail olub. Bir tablonun qarşısında saatlarla dayanıb xəyallanan tamaşaçı sıradan biri ola bilməz. Həmin rəsmin onda yaratdığı fikir bir romanlıqdır ki, o, düşüncələrində artıq əsərin süjetini qurur.

Sərgi salonlarının birində çəkilmiş bu tabloların da hərəsində "bir dünya əks olunub: orada insan xarakterləri açılmaqla yanaşı, həm də təbiət fəsillənir, düşüncə öz rənglərində diktə edir. Bu həm rəssamın, həm də fotomüxbirin uğur salnaməsidir...

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 12.