Qarabağ atlarına həsr olunmuş klip

 

Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən 2019-cu ilin yekunlarına dair tədbirdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin solisti, baş leytenant Elnarə Xəlilovanın "Qarabağ atları” adlı yeni mahnı və klipinin təqdimatı olub.

Klipdə dünyaca məşhur Qarabağ atlarının şücaətindən bəhs edilir. "Naxçıvan yallısı” musiqisinə əsasən hazırlanan mahnının sözləri Ramin Xəlilovun, aranjemanı Samir Şirinovundur.

Çəkilişlərdə DSX-nin süvarilər dəstəsi və əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdiyi rəqs ansamblı iştirak edib. Klip Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə "Sərhədçi” studiyası tərəfindən ekranlaşdırılıb. Klipin çəkilişləri Binə Atçılıq Mərkəzində aparılıb. Ekran işində Qarabağ atlarının dünyanın ən böyük arenalarında dünyanı fəth edən çıxışlarından olan videomateriallardan da istifadə edilib. Böyük maraqla izlənən "Qarabağ atları” mahnı və klipi vətənpərvərlik mövzusunda olan ən uğurlu layihələrdən biri kimi tədbir iştirakçılarında yüksək təəssürat hissi yaradıb.

 

Azərbaycan.- 2019.- 28 dekabr.- S. 12.