Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərlik istedadınız, siyasi müdrikliyiniz və uzaqgörənliyiniz, ölkənizə sədaqətlə xidmət etməyiniz və əsil liderlik keyfiyyətləriniz sayəsində Azərbaycan sanballı uğurlar qazanır. Siz atanız, Azərbaycan xalqının böyük oğluümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərini ləyaqətlə davam etdirirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası vətəndaşların rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi dəyişikliklər yolu ilə inamla irəliləyir.

Dağıstanlılar xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafı məsələlərinə göstərdiyiniz daimi diqqətə görə Sizə minnətdardırlar.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

Xızrı Şıxsəidov

Rusiya Federasiyası

Dağıstan Respublikası Xalq Məclisinin sədri

 

Azərbaycan.- 2019.- 24 dekabr.- S.6.