Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından səmimi təbriklərimizi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası siyasi, iqtisadisosial sahələrdə sanballı uğurlar qazanıb, beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib, ümumdünyaregional miqyaslı aktual məsələlərin həllində öz rolunu möhkəmləndirib.

MDB parlamentariləri Sizi öz ölkəsinin həqiqi lideri, Birlik məkanında inteqrasiya proseslərinin genişlənməsinə böyük şəxsi töhfə verən və MDB iştirakçısı olan dövlətlərin strateji tərəfdaşlığının və dostluq münasibətlərinin möhkəmlənməsinə xüsusi diqqət yetirən siyasi xadim kimi tanıyırlar.

Sizə cansağılığı, firavanlıq və bütün təşəbbüslərinizdə uğurlar arzu edirik. Sizə və yaxınlarınıza xoşbəxtlik və ən xoş diləklərimizi bildiririk.

Hörmətlə,

 

Dmitri Kobitski

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi,

 

Aydın Cəfərov

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini

 

Azərbaycan.- 2019.- 24 dekabr.- S.6.