Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

 

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin doğum gününüz artıq çoxdan bəri sadə ailə bayramı deyil. Onu təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində də qeyd edirlər. Bu tarixi Rusiyada da böyük hörmətlə qeyd edirlər. Burada Sizi ölkəmizin həqiqi dostu və görkəmli dövlət xadimi kimi tanıyır, Sizin atanızı - böyük dövlət xadimi Heydər Əlirza oğlu Əliyevi həmişə xoş sözlərlə yad edirlər.

Sizin prezidentliyiniz illərində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən, çoxəsrlik ənənələrini və milli koloritini qoruyub saxlayan ölkə olduğunu qətiyyətlə sübut edib.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq diləyirəm.

Fürsətdən istifadə edib, Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, bu il Azərbaycan xalqına sevinc və firavanlıq gətirəcək.

 

Səmimiyyətlə,

 

Mixail Şvıdkoy

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi

 

Azərbaycan.- 2019.- 30 dekabr.- S. 3.