Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

 

Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.

Siz, yüksək daxili mədəniyyətə malik insan, gözəl diplomat və rəhbər kimi doğma dövlətinizin inkişafına böyük töhfə verirsiniz. Azərbaycan Respublikasının Sizin daim dəstək və böyük qayğı göstərdiyiniz mədəni proqramları isə bir rəssam kimi mənə xüsusilə yaxındır.

Rusiya Rəssamlıq Akademiyasında Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsində səylərə görə məni və həmkarlarımı layiq gördüyünüz yüksək mükafata görə Sizə minnətdaram. Mədəniyyət və incəsənət xadimlərinə həmişə səmimi münasibət bəsləmiş əziz və unudulmaz atanızın, hamı tərəfindən böyük hörmət bəslənən böyük dövlət xadiminin adını daşıyan Heydər Əliyev Mərkəzinin salonlarının Bakıda yubiley sərgim üçün təqdim edilməsinə görə xüsusi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, bu bayram günlərində Sizə və bütün ailənizə Yeni 2020-ci ildə xoşbəxtlik, Sizin ölçüyəgəlməz fəaliyyətinizdə uğurlar, habelə möhkəm cansağlığı, firavanlıq və rifah arzu edirəm.

 

Hörmətlə,

 

Zurab Sereteli

 

Rusiya Rəssamlıq Akademiyasının prezidenti, Rusiyanın Xalq rəssamı

 

Azərbaycan.- 2019.- 30 dekabr.- S. 3.