Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

 

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Sizin dövlət başçısı vəzifəsində Azərbaycan Respublikasının inkişafına yönəlmiş səmərəli fəaliyyətiniz, ölkənin iqtisadiintellektual potensialının inkişafı, dövlətlərimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi həmvətənləriniz və rusiyalılar arasında Sizə səmimi sevgi və hörmət qazandırıb.

İcazə verin, təhsil və elmi-texniki fəaliyyət sahəsində Rusiya ilə Azərbaycan arasında tərəfdaşlığın inkişafına dair təşəbbüslərə daim diqqət göstərdiyinizə görə Sizə dərin təşəkkürümü bildirim. Universitetimiz uzun illər ərzində Azərbaycan Respublikasının akademik ictimaiyyəti ilə sıx qarşılıqlı fəaliyyət göstərir, Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetində istedadlı azərbaycanlı tələbələrin hazırlanmasına yönəldilmiş birgə proqramların geniş spektrini uğurla həyata keçirir. Əminəm ki, mühəndis-texniki mütəxəssislərin yeni nəsli Azərbaycanın aparıcı sənaye müəssisələrinin inkişafına layiqli töhfə verə biləcək.

Möhtərəm İlham Heydər oğlu, bu bayram günündə Sizə tükənməz həyat eşqi, sədaqətli həmfikirlər, möhkəm cansağlığı və firavanlıq arzu edirəm.

 

Hörmətlə,

 

Alevtina Çernikova

 

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru

 

Azərbaycan.- 2019.- 30 dekabr.- S. 3.