Tamaşadan duyğulu anlar...

 

Sumqayıt Dövlət Dram Teatrı hər zaman kreativ layihələri ilə fərqlənir. Son illər tamaşaçılarının sayı artan teatr kollektivi demək olar ki, yeni səhnə əsərlərinə müraciət edir.

Teatrda səhnələşdirilən tamaşalardan biri də "Ocaqdır. Tamaşanın nümayişində duyğusal məqamlar yaşanıb. Teatr kollektivi tamaşa bitdikdən sonra səbirsizliklə oğlunun hərbi xidmətini ləyaqətlə başa vurub doğma Sumqayıta gəlişini gözləyən əsgər anasına sürpriz edib. Vətənə xidmətdən qayıtdıqda məhz teatrda, anasının mədəni istirahətini keçirdiyi məkanda ona bu həyəcanlı, sevincli anları yaşatmaq istəyən Azərbaycan əsgərinin bu addımı hər kəs tərəfindən alqışlanıb. Turqut Özakmanın "Ocaq tamaşası psixoloji dram olsa da, tamaşa sonunda baş tutan əsgərin anası ilə görüşü tamaşaçılarda xoş duyğular yaşadıb. Yenicə əsgəri xidmətini başa vurub geri dönən gəncin zalda anası ilə görüşünü tamaşaçılar ayağa qalxaraq alqışlayıb. Daha sonra övladları əsgəri xidmətdə olan analara gül dəstələri təqdim edilib.

Tamaşaların belə təqdimatı bir daha sübut edir ki, teatrın qayəsi təkcə insanları əyləndirmək, mənəvi zövq vermək deyil, həm də onları düşündürmək, maarifləndirmək, hər zaman vətən və torpaq duyğusunu qoruyub dövlətin yanında olmaqdır.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 30 dekabr.- S. 10.