Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub

 

Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konserti izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Gecədə Azərbaycanın Xalq artisti, tanınmış pianoçu Murad Hüseynov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.

Tanınmış bəstəkarlar Klod Debüssinin Ay işığı, Robert ŞumanFerens Listin İthaf, Moris Ravelin Sonatina, Fredirik Şopenin Noktürn, Polonez, Vals, Vasif Adıgözəlovun Prelüdiya, Adil Bəbirovun Prelüdiya-Skterso əsərlərinin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xalq artisti Murad Hüseynov Bela Bartokun fortepianoskripka üçün "Rumın rəqsləri" əsərini skripka ifaçısı-dirijor Cavad Tağızadə ilə birlikdə təqdim edib.

Konsert ən məşhur əsərlərdən parçaların Murad Hüseynovun, Əməkdar artist Sahib Paşazadənin (tarzən), Cavad Tağızadənin (skripka) və Seymur Həsənsoyun (akkordeon) ifası ilə başa çatıb.

 

Azərbaycan.- 2019.- 31 dekabr.- S.14.