Buz krallığının paytaxtda Yeni il əyləncələri

 

170 tonluq su hovuzu, musiqili fəvvarələr, akva-balet, heyvanların "hoqqaları - bir-birindən maraqlı şou proqramları Bakı Dövlət Sirkində

 

Asudə vaxtların daha səmərəli keçməsi üçün adətən müxtəlif ünvanlar seçilir. Bunlar yalnız kino-teatr, konsert salonları, yaxud turizm marşrutları deyil.

Belə əyləncə məkanlarından biri mərkəzi şəhərlərdə fəaliyyəti ilə daim diqqətçəkən sirklərdir. Bakı sirki daim tamaşaçı nəfəsi ilə isinib. 1945-ci ildə ilk milli sirk truppası kimi yaradılıb. Xüsusən ilin əlamətdar tarixi, eləcə bayram günlərində burada tamaşaçı əlindən tərpənmək olmur. İllərin qovuşuğunda Bakı Dövlət Sirkində yenidən anşlakdır: kiçik yaşlı məktəblilər doğmaları, xüsusən baba nənələri ilə yollarını məhz buradan salırlar. Sirkin özünün keçdiyi yol uzun keşməkeşli olub.

Bakı Dövlət Sirkinin direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə əyləncə istirahət mərkəzinin dünəni bu günü barədə fikirlərini bölüşərkən onu da vurğuladı ki, yüz ildən artıq bir dövr ərzində insanlara həyəcan sevinc dolu anlar yaşadan sirkin maneji fanatları hesabına bu gün öz missiyasını - sənətə insanlara xidmət vəzifəsini yerinə yetirir: "Sirkin səhnəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunan kollektivlər çıxış edirlər. Yaradıldığı ilk vaxtlar tamaşa yalnız sirk nömrələrindən ibarət olmayıb. Truppanın tərkibinə estrada balet artistlərinin çıxışları da salınıb. Ənvər Quliyev, "Ulduz bacıları, kəndirbaz Əlixan digər artistlərin bir-birindən maraqlı nömrələrindən ibarət truppanın fəaliyyəti dövründə "Zirvədən işıq adlı proqramla Bakı sirki keçmiş SSRİ-nin müxtəlif məkanlarında, eləcə Afrika, Asiya, Amerika Avropa qitələrində daimi qastrollarda olub...

 

Nikitinlərin sirk binasında milli tamaşalar

 

Ötən əsrin 90-cı illərində rus sirkinin ataları sayılan Nikitin qardaşları Bakıda ilk stasionar sirk-heyvanxana açıb. 1904-cü ildə indiki Nəsimi bağının yerində Şərqdə sirk-teatr binası inşa edilib.

Maraqlıdır, Bakı sirkinin kolxoz filialı da olub, onun əsasını qoyanlar isə yerli özfəaliyyətçilər, kəndirbazlar xalq pəhləvanları idi. 1945-ci ildə Azərbaycanda ilk peşəkar sirk kollektivi yaradılıb. Kollektiv Bakı sirkinin kolxoz filialından Azərbaycan estrada artistlərindən, həmçinin bədii özfəaliyyətçilərdən təşkil olunub. "Azərbaycan toyu adlı ilk proqramı dahi bəstəkar Üzeyir bəy Hacıbəyli hazırlayıb.

Sirk ustalarının bir-birindən maraqlı, rəngarəng, həm "qorxulu nömrələri olur. Məhz buna görə məşhur kəndirbaz Rza Əlixan, sim üzərində rəqs edən "Ulduz bacıları - Sona, Şəfiqə Gülnaz, təlim görmüş itlərlə şou göstərən Maralxanım Şirinova, jonqlyor Xosrov Abdullayev, akrobat İsmayıl Mirzəyev, "Üç qardaşla tanınan Nikolay Qorkovenko, Xosrov Abdullayev, Viktor Xelaya, ilanoynadan Sofu Cəfərovun adları sirksevərlərin yaddaşına yazılıb. Yunis Yusif Ağayev qardaşlarının "Nəsrəddin Bəhlul Danəndə səhnələri, "Zorxana milli güləş nümayişləri unudulmayan oyunlar sırasına daxildir. Xalq pəhləvanı Sali Süleymanın, klounlar - Qasım Məlikovla Kamal Abdullayevin çıxışları da o dövrün ən yaddaqalan nömrələri hesab edilir.

 

"Cigitlərin akrobatlarla çıxardığı "hoqqalar

 

Bakı Dövlət Sirki həmişəki kimi, bu gün tamaşaçı qıtlığı çəkmir, əksinə, şou-tamaşa məkanının qapısını döyənlərin sayı demək olar ki, gündən-günə artmaqdadır. Çünki burada bir-birindən maraqlı, əyləncəli proqramlar nümayiş etdirilir. Bakı Dövlət Sirkinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mahir Hümbətovla söhbət zamanı öyrəndik ki, son illər tamaşa salonundakı anşlakın bir çox səbəbləri var. Onlardan ən əsası ölkə ərazisində əhalinin asudə vaxtının səmərəli təşkilinə daha çox diqqət yetirilməsidir. Sirkdə bu amil özünü qabarıq şəkildə göstərir: "...Teatrdan, konsert salonlarından fərqli olaraq, sirk tamaşalarının daha çox diqqət çəkməsi həm burada idmanla incəsənətin müxtəlif sahələrinin sintezləşməsi ilə proqramların tərtib edilməsidir. Sirkin mövsümi xarakter daşıması təsadüfi deyil. Bu il Bakı Dövlət Sirkinin tamaşaçıları yaş baxımından rəngarəngdir: uşaqdan-böyüyə Bakı sakinləri, eləcə paytaxtın qonaqları, hətta turistləri belə tamaşalara tələsirlər.

Burada yalnız şən klounlar deyil, eyni zamanda əhliləşdirilmiş heyvanlarla nömrələr göstərilir. Bunları azyaşlı tamaşaçılar daha çox sevirlər. Akrobatların çıxardığı "hoqqalara tamaşaçılar gün ərzində 3 dəfə baxa bilirlər. 5 yaşadək uşaqlar sirk tamaşalarına pulsuz buraxılır. Bu, artıq ənənə halını alıb, son 16 ildir ki, davam etdirilir. 3 manejli sirkin tamaşa salonu 2 min nəfərlikdir. Burada qiymətlər sırasına görə 10, 12, 15 20 manatlıqdır.

 

Dünyadakı sirk məşhurlarımız...

 

Yarandığı ilk illərdə Bakı sirki SSRİ-nin Ümumittifaq Sirklər Birliyinin tərkibində olduğu üçün gözdən-könüldən uzaq düşmüşdü. Digər mədəniyyət sahələrində olduğu kimi, burada da lazımi şəraitin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dünyanın məşhur "Sirk-disuleynin ustalarının adları arasında həmyerlimiz Üzeyir Cəfərovun da olması ürəkaçan faktlardandır. Yaxud Çina Franklina adı ilə tanınmış kluon Elçin Şirinovu sirksevərlərimiz gözəl tanıyırlar. Məhz belə ustadların maraqlı proqramları ilə Bakı Dövlət Sirki son illər dünyanı dolaşmaqdadır. Sənətkarlarımızın səsi Almaniya, Rusiya, Niderland, İtaliya, Çin, Çili, Argentina... kimi ölkələrdən gəlir.

Bu gün Bakı sirkində göstərilən proqramlar da zənginliyi ilə sevilir baxılır. Axı proqramda "Lasta-rika kimi şoular da var. "Sözəbaxan pinqvinlərlə göstərilən belə nömrələr tamaşaçılarda xoş ovqat yüksək əhvali-ruhiyyə yaradır...

 

"Water land - "Buz krallığının fantastik şousu

 

Bu da yeni proqram: Bakı Dövlət Sirkinin qapıları, bir qayda olaraq, yenə əyləncə, şousevər tamaşaçılarının üzünə açıqdır. Noyabrın 2-dən başlayan yeni mövsümdə daha çox kiçik yaşlı tamaşaçılar burada əməlli-başlı əylənib, deyib-gülüb, fantastik sirk sousunu hərarətlə alqışlayıblar. "Buz krallığı fantastik sirk şousunda nələr göstərilmir ki: qeyri-adi lazer işıq effektləri ilə yeni təqdimatda əhliləşdirilmiş heyvanlar, hava gimnastlarının uçuşu, akrobatlar, güc jonqlyorlarının "hoqqaları, illüziya, monosikl, "Şmaks klounların dueti. Bütün bunlar 170 tonluq dondurulmuş su hovuzu, yəni buz üzərində! Bir-birindən maraqlı daha nələr-nələr...

Buyurun, bir-birindən maraqlı əyləncəli şou proqramlı sirk tamaşaları yolunuzu gözləyir, Yeni ilinizi xoş ovqatla qarşılayın...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2019.- 31 dekabr.- S.13.