Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin çoxillik yaradıcı fəaliyyətiniz Azərbaycan Respublikasının inkişafına və çiçəklənməsinə, onun əhalisinin firavanlığına yönəlmiş konkret işlərdə parlaq ifadəsini tapır. Əminəm ki, Sizin yüksək peşəkar keyfiyyətləriniz və işinizə sədaqət bundan sonra da nəzərdə tutulan planları uğurla həyata keçirməyə imkan verəcək.

Doğma respublikanız naminə bütün işlərinizdə və təşəbbüslərinizdə Sizə yeni-yeni uğurlar, doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik, cansağlığı, firavanlıq arzulayır, ən xoş diləklərimi bildirirəm.

Hörmətlə,

 

Maqomed Kalimatov

Rusiya Federasiyası İnquş Respublikasının rəhbəri

 

Azərbaycan.- 2019.- 25 dekabr.- S.5.