Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Böyük dövlət xadimi olaraq Siz öz ad gününüzü yaradıcı və mənəvi gücünüzün çiçəkləndiyi bir dövrdə qeyd edirsiniz. İnsanlar arasında sülhün və qarşılıqlı anlaşmanın inkişafına, cəmiyyətin humanitariqtisadi tərəqqisinə, səhiyyəyə və təhsilə töhfəniz səmimi heyranlıq və dərin ehtiram hissi doğurur.

Qüdrətli ölkənizin rifahı naminə nəcib niyyətlərinizin həyata keçirilməsi üçün Sizə ürəkdən möhkəm cansağlığı və tükənməz enerji arzulayıram.

Sizə və doğmalarınıza xoşbəxtlik, firavanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

Pyotr Qlıboçko

İ.M.Seçenov adına

Birinci Moskva Dövlət

Tibb Universitetinin rektoru

 

Azərbaycan.- 2019.- 25 dekabr.- S.5.