MSK-nın növbəti iclası keçirilib

 

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası təsdiq olunub.

Sonra 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, operativ şəkildə Komissiyanın iclasına çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərə dair cari məsələlərə də baxılıb.

 

Azərbaycan.- 2019.- 25 dekabr.- S.10.