Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavininin, İnzibatiKommersiya kollegiyaları sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əsgər Novruz oğlu Novruzov Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini təyin edilsin.

2. Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin.

3. Əhliman Mehman oğlu Xıdırov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin.

4. Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilsin.

5. Elşən Fizuli oğlu Salmanov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri təyin edilsin.

6. Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin.

7. Bu Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 31 dekabr.- S. 5.