S.A.ŞirinovunU.A.Şirinovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu ŞirinovUmud Adil oğlu Şirinov "İgidliyə görə” medalı ilə təltif edilsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2019-cu il

 

Azərbaycan.- 2019.- 2 fevral.- S.4.