Davamlı və sürətli islahatlar dövrü

 

Bu mərhələ Nəsimi rayonunun inkişafına böyük təkan verir

 

2018-ci il Azərbaycanın ictimai-siyasi həyatında, daxilixarici siyasətində mühüm uğurlarla yadda qaldı. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, ölkədə həyata keçirilən sosial layihələrin heç biri dayandırılmadı.

Azərbaycanın təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə səbəb oldu.

Dünən Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafına yekun vuruldu. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son iclasında qarşıya qoyulmuş vəzifələr müzakirə olundu, yeni ilin başlıca hədəflərini əhatə edən qərar qəbul edildi. Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsğərov qeyd etdi ki, iqtisadi baxımdan son illərdə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Prezidentin innovasiyayönümlü, yüksək rəqabətqabiliyyətli istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb və respublikamız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb.

Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və ümumi irəliləyişi əks etdirən videohesabat təqdim olunandan sonra Asif Əsgərov 2018-ci ildə sosial-iqtisadi inkişafın əsas göstəricilərini şərh etdi, ölkə rəhbərinin paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verdi.

"Əldə edilən bu nailiyyətlər və reallaşmaqda olan yeni sosial-iqtisadi layihələr onu deməyə əsas verir ki, 2019-cu ildə də qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək, Azərbaycan iqtisadiyyatı öz inkişaf dinamikasını qoruyub saxlayacaq” - deyən Asif Əsgərov vurğuladı ki, ölkəmizin hər yerində dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, istehsal müəssisələrinin, yerlərinin yaradılması, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri ötən ildə Nəsimi rayonunda da uğurla davam etdirilib. Paytaxtımızda əhalinin ən sıx yerləşdiyi rayonlardan biri olan Nəsimi rayonu ötən il mühüm uğurlara imza atıb. Rayonun görkəmi dəyişir, əhalinin normal yaşayış səviyyəsi təmin olunur. Sosial problemlərin həlli istiqamətində təqdirəlayiq tədbirlər davam etdirilir, ötən ildə Nəsimi rayonunun iqtisadisosial həyatında müsbət dəyişikliklər baş verib, bütün sahələrdə yüksəliş müşayiət olunub. Rayonda sosialyönümlü tədbirlərə geniş yer verilməsi sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. İnşa edilən yeni obyektlər həm də turizmin inkişafına böyük imkanlar yaradır.

Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların Nəsimi rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin edib. Dövlət başçısı paytaxtın mərkəzi rayonunun problemlərinin həllini daim nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. 2018-cı ildə rayonda yerləşən müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilib. Bu obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak ediblər.

Asif Əsgərov vurğulayıb ki, respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Nəsimi rayonunun sosial-iqtisadi, ictimai-siyasi həyatında da öz real əksini tapıb. 2018-ci ilin aprel ayının 11-də keçirilmiş prezident seçkilərində rayon ictimaiyyəti yüksək fəallıq nümayiş etdirib. Ümumilikdə rayon sakinlərinin mütləq əksəriyyəti İlham Əliyevə səs vermişlər.

Qeyd olundu ki, rayonun iqtisadisosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2018-ci ildə əvvəlki ilin müvafiq dövrünün göstəricilərini xeyli üstələyib. Ötən il Nəsimi rayonunda 8306 yeni yeri açılıb. Əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 6.1 faiz yüksələrək 652.1 manata çatıb.

Rayon icra hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçikorta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şərait yaradılıb. Həmçinin yerli infrastruktur layihələrin icra olunması, yeni istehsalemal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilib.

İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, paytaxt Bakıda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hisləri ilə qarşılanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması həyata keçirilir. İndiyədək yeni yaşayış binalarının inşa edilməsi məqsədilə çoxsaylı layihələr müzakirə olunaraq zəruri sənədləşmə işləri aparılıb, 23 məhəllə üzrə söküntütikinti işlərinə başlanaraq nəzərdə tutulan inşaat işləri uğurla davam etdirilir. Daha 2 layihənin icrasına da başlanıb.

Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qazistilik xidməti müəssisələrinin işi daim RİH-in nəzarətində saxlanılıb, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib. Ötən tədris ilində rayonun orta məktəblərini 1561 nəfər bitirmiş, onlardan 6 məzun qızıl medala layiq görülmüş, 1083 məzun tələbə adını qazanmışdır. Məzunlardan 23 nəfəri 650-dən çox, 2 nəfəri isə 700 bal toplamış, 261-i xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub, müxtəlif sahələrdə fərqlənənlər mükafatlandırılıblar.

Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.

Hesabat göstəricilərinə yekun vuran Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaradıb.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayev, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və Bakı "Dağ Yəhudiləri”nin dini icmasının rəhbəri Milix Yevdayev çıxış edərək rayonda görülmüş işləri yüksək qiymətləndirdilər, qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət açdılar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev yığıncaqda çıxış edərək Nəsimi rayonunun sakinlərinə 2019-cu ildə daha böyük uğurlar arzuladı.

Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olundu. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq, nəsimililərin quruculuq əzmi ifadə olundu.

Yekun hesabatda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən yubilyarlara Nəsimi Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olundu.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 2 fevral.- S. 8.