Vyanada Azərbaycan iqtisadiyyatına həsr olunmuş təqdimat keçirilib

 

Fevralın 3-də Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyində (AZER-DER) Azərbaycan iqtisadiyyatına və ixrac potensialına həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə çıxış edən təşkilatın sədri Yardım Günəş rəhbərlik etdiyi qurumun mədəni əlaqələrlə yanaşı, iqtisaditicari əməkdaşlığı da daim diqqət mərkəzində saxladığını, Azərbaycan ilə Avstriyanın işgüzar dairələri arasında körpü yaratmağa çalışdıqlarını bildirib. Qeyd edilib ki, bu tədbir bir tərəfdən ölkəyə sərmayə yatırılmasına, digər tərəfdən isə Azərbaycan istehsalı olan məhsulların dünya bazarlarına çıxarılmasına töhfə verməkdir. Bu məqsədlə yaxın aylarda adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini bildirən Y.Günəş ölkəmizdə keçiriləcək görüşlərdə konkret tərəfdaşlıq əlaqələrinin yaranacağına ümidvar olduğunu vurğulayıb.

Sonra ölkəmizin Avstriyadakı səfirliyinin ikinci katibi Samir Rzayev təqdimatla çıxış edib. Azərbaycanın iqtisadi potensialı və investisiya mühiti barədə ümumi məlumat verən S.Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafına, ixracyönümlü məhsul istehsalının genişlənməsinə və "Made in Azerbaijanbrendli məhsulların ixracının təşviqinə böyük diqqət ayrıldığını vurğulayıb.

Həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanı ölkəni qərblə (Türkiyə və Aİ), cənubla (İranHindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağı olmaqla yanaşı, buradakı Azad İqtisadi Zona gələcəkdə istehsal olunmuş məhsulların dünya bazarlarına çıxarılması üçün yüksəkkeyfiyyətli daşınma imkanları da təqdim edəcəkdir.

Bildirilib ki, konkret sahələrə maraqlı olan adamlarına səfirlik tərəfindən əlavə məlumatlar təqdim edilə və onlarla Azərbaycanda konkret tərəf müqabili olan qurumlar arasında əlaqə yaradıla bilər. Eyni zamanda, Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılması və xarici bazarlarda geniş təbliği istiqamətində də ciddi işlər görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, işgüzar dairələr Azərbaycan istehsalı olan məhsulların Avstriya və digər Avropa ölkələrinə ixracında yaxından iştirak edə bilərlər.

Təqdimat tədbir iştirakçılarının marağına səbəb olub və onların sualları cavablandırılıb.

Tədbirdə Avstriyada fəaliyyət göstərən müxtəlif şirkətlərin təmsilçiləri, eləcə də Türkiyə və Qazaxıstan səfirliklərinin nümayəndələri iştirak ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2019.-5 fevral.- S.4.