Özümü bu qədər güclü hiss etməmişdim

 

Aqşin Oruclu: "Prezident İlham Əliyevin məni bağrına basıb görüşməyi bütün şəhid əmanətlərinə olan ehtiram və qayğının təzahürü idi

 

"Mən Qarabağı görmədən, atamın doğma eli Ağdamı görmədən böyüdüm. Amma həmişə vətənsizliyin, işğal altında olan torpaqlarımızın həsrətini kiçik ürəyimdə böyüdərək yaşadım. Atam hərbçi idi! Həm də adi hərbçi yox! Doğma elini itirmiş, anasını, yaxınlarını şəhid vermiş bir Qarabağ qazisi idi. Eyni zamanda səngər komandiri idi. Bizim ən xoş günlərimiz atamızla birgə əsgərlərin yanında keçən zamanlarımız oldu. Bu görüşlər bizim əyləncəmiz idi”.

Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Orucludur bu fikirlərin müəllifi...

Onun bu sözlərində yalnız ata itkisinin məşəqqəti yox, ən əsası, şəhidlik zirvəsinə yüksəlmiş bir KİŞİnin övladı olmağın qüruru da ifadə olunub...

Ötən həftə Ali Baş Komandan qarşısında şəhid övladı kimi, daha doğrusu, sabahın müsəlləh əsgəri - qəhrəman atasının şərəfli yolunun davamçısı kimi çıxış etdi...

 

Azadlıq və müstəqillik itkisiz əldə edilmir

 

Bir qəhrəman övladı, gəncliyimizin nümunəsi olaraq Prezident İlham Əliyevin qarşısında çıxış edən Aqşin vurğuladı ki, Aprel döyüşlərində atasının Vətənimiz uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalması Orucovar ailəsinə böyük qürur hissi yaşadır. Bu döyüşlərdəki qələbə isə yalnız ordunun deyil, həm də Ali Baş Komandan İlham Əliyevin qələbəsi idi: "Aprel döyüşləri həm də dünyaya Azərbaycan Ordusunun gücünü, əzmini və qətiyyətini göstərdi. Azərbaycan Ordusu bu gücü, bu ilhamı məhz Ali Baş Komandanından alır. Hamıya məlumdur ki, torpaqların qorunması, azadlıq və müstəqillik itkisiz əldə edilmir. Buna baxmayaraq, Vətən, torpaq uğrunda şəhid olan igid və qəhrəmanlarımız Azərbaycan var olduqca yaddaşlarda yaşayacaq”.

 

Hər zaman Ali Baş Komandanın yanındayıq

 

Aqşin təkcə gənclərə göstərilən diqqət qayğıdan deyil, həm cənab İlham Əliyevin şəhid ailələri, Qarabağ müharibəsi qaziləri ilə görüşünü xatırlayaraq bunu dövlət başçısının bu kateqoriyaya aid olan insanlara göstərdiyi böyük ehtiramın təzahürü kimi qiymətləndirdi: "Şəhid ailələri ilə keçirdiyiniz görüş, orada yaşlı şəhid valideynlərinə göstərdiyiniz qayğı nəvaziş xalqımız tərəfindən qürur hissi ilə qarşılandı. Bu, biz gənclər üçün gözəl nümunədi. Siz bu görüşdəki çıxışınızda qeyd etdiyiniz kimi, təkcə keçən il 5900 məcburi köçkün ailəsi, 6600 şəhid ailəsi dövlətimiz tərəfindən mənzillərlə təmin olunub, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilib. Bu, Sizin şəhid ailələrinə göstərdiyiniz münasibətin təzahürüdür. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyiniz sərəncama uyğun olaraq, 2016-cı ildə biz , digər şəhid ailələri kimi, 11 min manat vəsaiti almışıq”.

Şəhid vərəsələrinə göstərdiyi diqqət qayğı üçün Prezidentə bir daha minnətdarlığını bildirən gənc dövlət başçısının rəhbərliyi ilə Azərbaycan gəncliyinin sabaha daha inamla addımlayacağını söylədi bu yolda gənclərin, şəhid övladlarının daim Ali Baş Komandanın yanıda olacağını vurğuladı: "Azərbaycanın əmin-amanlıq şəraitində inkişafı üçün apardığınız siyasətdə Sizə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, bir qəhrəman övladı olaraq hər zaman Sizin yanınızdayıq. Sizin apardığınız daxili xarici siyasəti dəstəkləyirik. Biz gənclər düşünürük ki, verdiyimiz hər itki əvəzinə minlərlə gənc onların keçdiyi şərəfli yolu davam etdirməyə hazırdır. Mən bu gün bir gənc, bir şəhid övladı kimi bir daha əmin oldum ki, həyata keçirdiyiniz siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır. Siz birinci xanım Mehriban Əliyeva sosial müdafiəyə ehtiyacı olanlara hər zaman xüsusi diqqət qayğı ilə yanaşmısınız, hər zaman şəhid ailələrinin yanında olmusunuz. Azərbaycan vətəndaşları hər zaman Sizin şəfqət mərhəmətinizi hiss edib. Sizin gəncliyə dəstəyiniz sosial siyasətiniz bizdə özünəinam əminlik yaradır”.

 

Sanki mən həm atama, həm dövlətimə hesabat verirdim

 

Atasının arzusunu gerçəkliyə çevirərək Azərbaycan Diplomatik Akademiyasına daxil olan Aqşin bu gün həm Qarabağ döyüşçülərinin qazilərinin, şəhidlərin tanıdılması, işğal faktının dünyaya yayılması, təbliği işində böyük səy göstərir. O, Aprel döyüşlərində şəhid olanların ailə üzvləri ilə birgə yaradılan ictimai birliyin aktiv üzvlərindən biridir.

Prezidentlə keçirilən görüşdən sonra Aqşin Orucovla görüşüb təəssüratları ilə bağlı fikirlərini öyrəndik. Aqşin bildirdi ki, Azərbaycan gəncliyinin Prezidentinin qarşısında etdiyi çıxış onun üçün böyük məsuliyyət hissi idi: "Sanki mən həm atama, həm dövlətimə hesabat verirdim. Həyatımda heç vaxt özümü bu qədər güclü hiss etməmişdim. Gənclərin məni ayaq üstə alqışlaması mənə fəxr hissi bəxş etdi. Əmin oldum ki, Azərbaycan gəncliyi mübarizdir, atam digər şəhidlərimiz ölməyib! Hər bir gəncimiz bir Mübariz, bir Raquf, bir Pəncəli digərləridir! ən nəhayət, əmin oldum ki, Prezident bizimlə, xalqla birlikdədir. Dövlət başçısının məni bağrına basıb görüşməyi bütün şəhid əmanətlərinə olan ehtiram qayğının təzahürü idi! Dövlət başçısının şəhidinə, qəhrəmana verdiyi dəyər idi. İndi daha tək deyiləm, xalqım, dövlətim Ali Baş Komandanımızla birgə şəhidlərimizin qisasının alınacağı günə, Vətən torpağının işğaldan azad olunacağı zamana daha əzmlə nail olacağıq!”

 

Özümə bir söz vermişəm

 

Bu gün Aqşin Dağlıq Qarabağın işğal faktı ilə bağlı ölkəmizdə Türkiyədə keçirilən konfranslarda iştirak edir, şəhidlərimizin tanıdılması, gənc nəsil arasında vətənpərvərliyin təbliği məqsədilə üzvü oldiğu ictimai birliyin fəaliyyətində fəallıq göstərir. Çünki atasını torpağa tapşırdığı gündən özünə söz verib:

 

"Mən atamı Vətən torpağına əmanət etdiyim gün özümə bir söz verdim: onun əməllərinə, ideallarına sadiq qalmaq, xalqıma Vətənimə layiqli bir gənc kimi yetişmək! Atamın arzusunda olduğu ADA Universitetinə qəbul oldum. Qarabağımızın, Vətənimin işğalı ilə bağlı ölkəmizdə Türkiyədə keçirilən konfranslarda iştirak etdim, şəhidlərimizin tanıdılması, gənc nəsil arasında vətənpərvərliyin təbliği məqsədilə üzvü olduğum ictimai birliyin fəaliyyətində aktiv iştirak etdim. İnandım ki, Vətən eşqi ən uca eşqdir!”

 

Azərbaycan İlham Əliyevlə daha böyük zəfərlər qazanacaq

 

Raquf Orucovun şanlı döyüş yolunun hər bir Azərbaycan gənci üçün örnək olduğunu düşünən Aqşin deyir ki, atası onlara hər şeydən öncə bu həyatda necə yaşamağı, Vətəni necə qorumağı, dəyərlərimizə necə sahib çıxmağı öyrədərək müqəddəs bildiyi dəyərlər uğrunda şəhidlik zirvəsinə yüksəlib. Amma Azərbaycan gəncliyinə çox qiymətli bir əmanət qoyub gedib - Vətən əmanəti!

Atasının şəhid xəbərini alanda özünü arxasız və kimsəsiz hiss edən Aqşin kiçik qardaşı ilə həyatın çətinliklərinə necə tab gətirəcəklərini fikirləşərək çox ağrı-acı çəkib. Axı bu dəfə komandir həmişə döyüşə gedərkən onlara verdiyi sözünə əməl etməmişdi: "Həmişə döyüşə gedərkən sağ-salamat qayıdacağına söz verərdi və dediyinin üstündə durardı. Amma bu dəfə sözünə əməl etmədi. Vətən torpağının azadlığı uğrunda şəhid oldu. Lakin unutduğum bir məqam vardı. Onun qəhrəmanlığını başı üstünə qaldıran xalqımın sevgisi... Onu son mənzilə alqışlarla yola saldılar, atam ölümü ilə ölümsüzlüyə qovuşdu”.

Bu gün Azərbaycan gəncliyini daha əzmkar, daha inamlı görən Aqşin hesab edir ki, gənclik gücünü sahib olduğu dəyərlərdən, mübarizə dolu keçmişindən və ümid vəd edən sabahından alır. Hər bir gənc inanır ki, qüdrətli, daha əzmli Azərbaycan dövləti cənab İlham Əliyevlə böyük zəfərlər qazanacaqbu yolda gənclər hər zaman Azərbaycan Prezidentinin yanında olacaqlar.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 5 fevral.- S.1; 8.