Çax-çax baş ağrıdır

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciəti ilə şöbəsinin müdiri Süleyman İsmayılovun "Azərbaycan” qəzetində dərc edilmiş "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” sərlövhəli məqaləsində dövlətimizin liderindən belə sitat gətirilib: "Mənim bir amalım var, güclü dövlət qurmaqxalqa ləyaqətlə xidmət etmək”. Bax elə ABŞ-dakı "Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatını və digər antiazərbaycan şəbəkəsinin "insan hüquqları müdafiəçilərini” də qıcıqlandıran Azərbaycan Prezidentinin bu mövqedən çıxış edərək atdığı addımlardır. Böyük dövlətlərin nüfuz savaşında Azərbaycanı alətə çevirmək iqtidarında olmamaqdır. Azərbaycan iqtisadisiyasi cəhətdən yaxın, uzaq qonşularından asılı deyil. Regionda güclü orduya malik dövlətlərdən biridir.

Sirr deyil ki, Azərbaycanı asılı vəziyyətə salmaq, güc mərkəzlərində hazırlanmış mənfur planların şüursuz icraçısına çevirmək cəhdləri uzun illərdir ki, özünü göstərir. Artıq, xüsusilə "Freedom Housenin hesabatları xalqımız üçün heç bir maraq kəsb etmir. Bu hesabatlar tutuquşunun sahibi tərəfindən öyrətdiyi eyni sözləri hər dəfə təkrar söyləməsinə bənzəyir. Yəqin hesabatı hazırlayanlar da bilirlər ki, dövriyyəyə buraxdıqları yalanların təsir gücü yoxdur. Bu, onlar üçün əhəmiyyət də kəsb etmir. Əsas odur ki, sifarişi yerinə yetirib pullarını alırlar. Erməni lobbisindən geninə-boluna maliyyələşirlər. Hesabatlardan da göründüyü kimi, bədnam beynəlxalq təşkilatları hər cəhətdən dəstəkləyən siyasi, maliyyə dairələrinin iki məqsədi var: Azərbaycanı beynəlxalq aləmdə təkləmək, nüfuzdan salmaq, xalq-iqtidar arasında uçurum yaratmaq. Burada yadıma atalarımızın məşhur məsəli düşür: "Dəyirman öz işindədir, çax-çax baş ağrıdır”. "Freedom House”lərin çax-çaxı ürəyimizi bulandırsa da, respublikamız beynəlxalq aləmdə uğurlu siyasəti sayəsində mövqeyini möhkəmləndirməkdədir. Ölkəmizin böyük dövlətlərlə dostluq, bərabərhüquqlu əlaqələri get-gedə daha da güclənir. Regionda bütün iri layihələr Azərbaycanın razılığı və iştirakı olmadan həyata keçirilə bilmir.

Azərbaycanda vətəndaş cəmiyyəti Avropa standartları tələblərinə uyğun formalaşıb. Hər bir vətəndaş konstitusiya hüquqlarından sərbəst bəhrələnir. Hər bir vətəndaş, siyasi baxışından asılı olmayaraq, qəzet, jurnalsair çap vasitəsi çap etmək hüququna malikdir. Mitinq, söz azadlığına sərhəd qoyulmur.

Azərbaycan Prezidenti deyir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır”. Hörmətli İlham Əliyev dediyi bu sözləri əməli ilə sübut edir. Elə bu günlərdə Şamaxıda zəlzələdən zərər çəkmiş insanların yanında oldu. Onların problemlərini öz dillərindən eşitdi. Müvafiq orqanlara göstərişlər verdi. Xalq onun bu təəssübkeşliyini yüksək qiymətləndirir.

Xatirə Rəhimzadə adlı Şamaxı sakininin dediyi aşağıdakı sözləri bütövlükdə xalqımızın Prezidentimizə inamının, məhəbbətinin rəmzi də adlandırmaq olar: "Sağ olun ki, varsınız. Biz Sizə arxalanırıq. Xalqı bu qədər sevirsiniz. Sağ olun ki, xalqa bu qədər dəstəksiniz. Dəstəyinizə görə minnətdarıq. Sizinlə qürur duyuruq. Prezidentimizin belə qayğıkeşliyi, xalqa xidməti ilə çox qürur duyuruq. Azərbaycan etibarlı əllərdədir”.

Mən işimlə əlaqədar çox ölkədə olmuşam. Açığı, heç bir ölkədə belə xalqiqtidar birliyi görməmişəm. Bu birliyi görməmək üçün ən azı "Freedom Housekimi kor olmaq lazımdır.

 

Səttar MÖHBALIYEV,

AHİK sədri, Milli Məclisin deputatı,

BHİK-in vitse-prezidenti

 

Azərbaycan.- 2019.- 9 fevral.- S.5.